XƏZƏRDƏ İKİİLLİK TƏDQİQAT APARILIR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədqiqatlardan məqsəd Azərbaycan ərazisindəki böyük çayların Xəzərə töküldüyü yerlərdə izotopların köməyi ilə dənizin flora və faunasının qidalanmasında mühüm rol oynayan nutriyentlərin (üzvi və qeyri-üzvi maddələrin birləşməsi) paylanmasını öyrənməkdir.
Hazırda dünyada geniş öyrənilən bu problemə dair tədqiqatlar Xəzərdə ilk dəfə aparılır. Çöl tədqiqatları 2006-cı ilin yazında başlanacaqdır.
ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantı ilə maliyyələşdirilən layihənin Azərbaycan tərəfindən əlaqələndiricisi institutun neft və qaz geologiyası və geokimyası şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev, ABŞ tərəfindən isə Vayn Dövlət Universitetinin professoru Baskaran Markdır.
Geologiya İnstitutunun əməkdaşı layihə çərçivəsində Vayn Dövlət Universitetində bir aylıq təlim keçmək üçün ABŞ-a ezam olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]