XƏZƏRİN HÜQUQİ STATUSU İLƏ ƏLAQƏDAR DANIŞIQLAR OLMUŞDUR
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq etmişdir.
Qazaxıstanın xarici işlər naziri Qasımcomərd Tokayev iclasdakı çıxışında bildirmişdir ki, onun ölkəsi “Xəzər regionunda sabitlik Paktı” adlı siyasi sənədin hazırlanıb qəbul edilməsinin tərəfdarıdır. Sənəddə terrorizmlə mübarizə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya məsələləri öz əksini tapmalıdır.
Danışıqların yekunları ilə əlaqədar keçirilən mətbuat konfransında deyilmişdir ki, Astana görüşündə Konvensiya layihəsində göstərilən, demək olar, bütün müddəalar müzakirə olunmuş, tərəflərin mövqeləri ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılmış, bir sıra məsələlərdə prinsipial razılıq əldə edilmiş, görüşün yekunları ilə əlaqədar rəsmi məlumat imzalanmışdır.
İşçi qrupunun növbəti iclası 2006-cı ilin birinci rübündə Moskvada keçiriləcək.