“Xiaomi” elektromobil istehsalına 10 milyard dollar ayıracaq
Bakı, 1 aprel, AZƏRTAC
“Xiaomi” şirkəti öz brendi ilə elektrik avtomobillərinin hazırlanması haqqında məlumatları rəsmən təsdiq edib. Növbəti 10 il ərzində Çinin texnoloji nəhəngi elektromobillərin istehsalı üzrə biznesə 10 milyard dollar qoymağa hazırlaşır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu barədə “Xiaomi” şirkətinin təsisçisi və baş direktoru Ley Tszyun deyib.
Yeni törəmə struktura baş direktor rəhbərlik edəcək. Layihəyə ilkin investisiyaların həcmi 10 milyard yuan (1,5 milyard dollar) təşkil edəcək.
“Mən avtomobil sənayesi ilə bağlı riskləri tam başa düşürəm. Mən, həmçinin layihənin 3-5 il və 10 milyardlarla investisiya tələb edəcəyini anlayıram. Bu, mənim karyeramda sonuncu startap olacaq”, - deyə L.Tszyun Pekində konfransda çıxışı zamanı bildirib.
“Xiaomi” şirkətinin “ağıllı” avtomobillərin istehsalı ilə məşğul olmaq planları barədə KİV ötən həftə məlumat verib. Elektromobillərin “Great Wall” zavodlarının birində buraxılacağı ehtimal edilsə də, Çin avtomobil konserninin nümayəndələri bu informasiyanı təkzib ediblər.
Çinin elektronika istehsalçısının brendi altında ilk elektromobil modelinin 2023-cü ildə buraxılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]