Xınalığa qar yağır VİDEO
Quba, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 30-da axşam saatlarından başlayaraq Quba və Qusar rayonlarının bəzi dağ kəndlərinə qar yağır.
AZƏRTAC xəbər verir ki, Quba rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Xınalıqda qarın qalınlığı 5 santimetr, Qırız kəndində isə 7 santimetrdir.
Quba Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, qar Qusar rayonunun Ləzə kəndində də qeydə alınıb. Burada qarın hündürlüyü 3 santimetr təşkil edib.
Xınalıq sakinlərinin bildirdiyinə görə, hazırda qar yağmaqda davam edir.