Xınalıq və Qırız kəndlərinə 30 santimetrədək qar yağıb VİDEO
Quba, 15 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 15-i gecə saatlarından başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağır.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qubanın Xınalıq və Qırız kəndlərinə 30 santimetrə yaxın qar yağıb. Hazırda bu yaşayış məntəqələrinə güclü qar yağmaqda davam edir.
Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 4 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 1 dərəcəyədək düşüb.