CƏMİYYƏT
Xırdalanda Yeni Saray yolu adlanan ərazidə baş verən yanğın söndürülüb
![Xırdalanda Yeni Saray yolu adlanan ərazidə baş verən yanğın söndürülüb](/files/2024/1/1200x630/17061291681139315555_1200x630.jpg)
Bakı, 25 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.