“Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” videoçarxları təqdim edilib
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” mövzusunda iki videoçarx hazırlanıb.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Xocalı hadisələrindən dərhal sonra Xocalıdan olan uşaqları emalatxanasına dəvət edən azərbaycanlı rəssam Rafiq Əziz onlardan bu faciəni necə gördüklərini təsvir etmələrini rica edib. Hazırda həmin əl işləri rəssamın Türkiyədəki emalatxanasında saxlanılır.
Diasporla İş üzrə Dövlət Komitəsi rəssamın razılığı ilə həmin rəsmlərdən videoçarxlarda istifadə edib.
Videoçarxları aşağıdakı linklərdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=pcGOi7-4PXI
https://www.youtube.com/watch?v=qMjOGRC3LJ4
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]