Xocavəndli məcburi köçkünlər bir tondan artıq barama təhvil veriblər
Beyləqan, 21 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Uzun illərdən sonra bu il ilk dəfə olaraq Beyləqan rayonu ərazisində məskunlaşan ipəkqurdu bəsləyən xocavəndli məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar.
Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məcburi köçkün ailələri bu il 26 qutu (494 qram) ipəkqurdu toxumu bəsləyiblər. Tədarük edilən 1 ton 47 kiloqram barama “Azəripək” MMC-yə təhvil verilib.
Qeyd edək ki, əhalinin məşğulluğunun artırılması, sosial rifahın yüksəldilməsinə xidmət edən baramaçılığın inkişafı məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 15 min 500 ədəd tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]