Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xorvatiyada Azərbaycanda aparılan bərpa-quruculuq işlərindən bəhs edilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin Xorvatiyaya səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə bu ölkədə səfərdə olan nümayəndə heyətinin tərkibində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov yer alıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri səfərin ilk günündə Xorvatiyanın Xarici və Avropa işləri Nazirliyinin dövlət katibi Frano Matusiçlə görüşüblər. Nümayəndə heyətinin sədri K.Nurullayeva vurğulayıb ki, Azərbaycan və Xorvatiya bir çox beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir və bu əməkdaşlığın qarşılıqlı şəkildə genişləndirilməsi prioritetlərdən biridir. Qarşı tərəf həmçinin iki ölkə arasında indiyədək imzalanmış sazişlər, parlamentlərarası əlaqələrin inkişafı məqsədilə görülmüş işlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq barədə məlumatlandırılıb.

İkitərəfli münasibətlərin inkişafına toxunan Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Eldar Quliyev iki il əvvəl, sentyabrın 27-də başlanan və Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən danışıb. Bildirilib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edərək, ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda yüksək standartlara uyğun bərpa-quruculuq işləri aparıldığını bildirən E.Quliyev mina probleminin bölgənin sürətli inkişafına mane olan əsas faktorlardan biri olduğunu vurğulayıb. Mina probleminin mülki insanların həyatını itirməsinə səbəb olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Azərbaycanın bölgədə dayanıqlı sülh və təhlükəsizliyin yaranmasında maraqlı olduğunu vurğulayıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Milli Məclisin Regional komitəsinin üzvü Kamran Bayramov isə iki ölkə arasında əlaqələrin yüksək templə inkişaf etdiyini bildirib. Azərbaycanın Şəki və Xorvatiyanın Varajdin şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladıb. Bildirib ki, regional inkişaf ikitərəfli münasibətlərdə əsas istiqamətlərdən biridir. Bu cür regionlararası əməkdaşlıq, Azərbaycan ilə Xorvatiya arasında mövcud ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiçlə də görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqda iqtisadi əlaqələrin mühüm yer tutduğu qeyd olunub. Bildirilib ki, Xorvatiya Azərbaycanla ticarət baxımından ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır. K.Nurullayeva Azərbaycan və Xorvatiya Hökumətləri arasında İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Komissiyanın və ölkəmizdəki Xorvatiya şirkətlərinin fəaliyyəti barədə məlumat verərək, enerji sahəsində əməkdaşlığın da perspektiv vəd etdiyini qeyd edib. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri K.Nurullayeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində Xorvatiya şirkətlərinin də yer almasından məmnunluğunu ifadə edib və bu istiqamətdə işlərin daha da irəliləyəcəyinə əminliyini ifadə edib.

Dörd gün davam edən səfər çərçivəsində nümayəndə heyəti Karlovaçın vilayət rəhbəri Martina Furdek Haydin, şəhərin icra başçısının müavini İvano Foçiç, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba Buyeviç, Karlovaç İqtisadiyyatının Xorvatiya Palatasının prezidenti Zlatko Kuzman, Karlovaç vilayətinin Xorvatiya Turizm Şurasının prezidenti Zelko Fanyak, Xorvatiya Parlamentinin Qanunvericilik Komitəsinin sədri Mariya Yelkovaç və Xorvatiya Parlamentinin Seçkilər, təyinatlar və idarəetmə Komitəsinin sədri Nada Murganiç ilə görüşüblər.

Sentyabrın 27-də Karlovaç vilayət rəhbərliyinin ofisində keçirilən görüşdə K.Nurullayeva görüşün bu gün Azərbaycanda şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz 44 gündə 30 illik işğala son qoyub və böyük Qələbə əldə edib. Xorvatiya ilə ikitərəfli münasibətlərə də toxunan Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycanın Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhəri arasında imzalanmış əməkdaşlıq sənədləri barədə məlumat verərək Karlovaç şəhəri ilə də bu cür əməkdaşlıq imkanlarının müzakirə edilməsini təklif edib. İkitərəfli əlaqələrin perspektivlərinə toxunan E.Quliyev və K.Bayramov isə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərin regionda yaratdığı imkanlardan danışaraq, diqqəti bölgənin rifahına xidmət edən Zəngəzur dəhlizinin əhəmiyyətinə yönəldiblər.

Nümayəndə heyəti, həmçinin Xorvatiya Parlamentində Nazirlər Kabinetinin iştirakı ilə keçirilən "Açıq sual" iclasını qonaq qismində izləyiblər. Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Nazirlər Kabinetinin üzvləri, eləcə də Xorvatiya Parlamentinin deputatları Azərbaycan nümayəndə heyətini salamlayıblar.

Azərbaycan nümayəndə heyəti Xorvatiyanın bir sıra rəsmiləri ilə görüş keçiriblər. Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviç, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba-Buyeviç, Xorvatiya Parlamentinin Avropa işləri Komitəsinin sədri Domaqoy Haydukoviç və Xarici siyasət Komitəsi sədrinin müavini Davor Ivo Stir, həmçinin parlamentin İqtisadiyyat komitəsinin sədri Zarko Tuşek ilə görüşdə iki ölkə arasındakı inkişaf etməkdə olan əlaqələr, parlamentlərarası münasibətlərdən bəhs edilib. Milli Məclisin deputatları həmkarlarına Azərbaycanda aparılan bərpa-quruculuq işləri barədə məlumat veriblər. Eyni zamanda mina probleminə toxunulub və Ermənistanın postmünaqişə dövründə də destruktiv siyasət yürütdüyü bildirilib. Ermənistanın bu mövqeyinin bölgədə davamlı sülh və təhlükəsizliyə mane olduğu diqqətə çatdırılıb. Görüşdə həmçinin ölkələrimiz arasında iqtisadi, mədəniyyət, elm, idman sahələri ilə bağlı müzakirələr aparılıb və bu istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiyanın Turizm və idman naziri Nikolina Brnyak ilə də görüşüblər, iki ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO