Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xudafərin körpüsünün azad olunması Vətən müharibəsində Azərbaycan Ordusunun şəxsi heyətinin ruh yüksəkliyini daha da artırıb

Xudafərin körpüsünün azad olunması Vətən müharibəsində Azərbaycan Ordusunun şəxsi heyətinin ruh yüksəkliyini daha da artırıb

İyirmi yeddi il işğal altında qalan Xudafərin körpüsü bir gün ərzində düşməndən təmizlənib, Azərbaycan bayrağı ora sancılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub və işğalçılar torpaqlarımızdan qovulub. Erməni tapdağından xilas edilən bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti var. 2020-ci il oktyabrın 18-də isə tarixi Cəbrayıl rayonunun Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşmən tapdağından təmizlənib. Araz çayının digər tərəfində olan həmvətənlərimiz də Ordumuzu coşqu və dua ilə qarşılayaraq sevincimizə şərik olublar.

Tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə Ermənistan tərəfindən işğal edilib. Bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız heç zaman öz dəyərlərini unutmadı. Xudafərinin, hətta digər ərazilərimizin də gec-tez işğaldan azad olunacağına inandı. Çünki ata-babalarımızın əmanəti olan torpaqlar Vətən uğrunda canından keçmiş şəhidlərin qanı, canı bahasına işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi zamanı da Xudafərin körpüsünün azad olunmasında və bu istiqamətdə aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan şəhid və qazi hərbi qulluqçularımızın mühüm rolu olub.

AZƏRTAC xəbər verir ki, Cəbrayıl rayonunda 2020-ci il oktyabrın 4-də, Xudafərin körpüsü üzərində isə oktyabrın 18-də Azərbaycan bayrağı ucaldılıb. Qarabağda parlaq qələbələr qazanan rəşadətli ordumuz bu dəyərli abidəni əsl sahibinə qaytarıb. Bununla bağlı Prezident İlham Əliyev öz tviter hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - sözlərini yazmışdı.

Ali Baş Komandan İlham Əliyev 2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə isə Xudafərin qəsəbəsinin azad olunmasının strateji önəmini vurğulayaraq deyib: “Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik”.

Soltanlı-Əmirvarlı istiqamətində uğurlu əməliyyat Xudafərin körpüsünə gedən yolu açdı

İkinci Qarabağ müharibəsindən əvvəl Cəbrayıl rayonunun Kavdar və Mirək kəndləri istiqamətində düşmənin üçüncü səddi yerləşirdi. Üçüncü sədd Araz boyunda - Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətindən başlayaraq rayonun yuxarı hissəsindəki adsız yüksəkliklərə doğru davam edirdi. Həmin sədd düşmənin arxada qalan digər ehtiyat hərbi hissələrinin, silah-sursatlarının, texnikalarının daha çox cəmləşdiyi eşelon idi. Burada erməni əsgərləri daha gücləndirilmiş formada xidmət aparırdı. Üçüncü sədd irəliləyən Azərbaycan bölmələrinin qarşısının alınması üçün yaradılmışdı. Müharibənin ilk günlərində düşmənin birinci və ikinci sədləri yarılmışdı. Amma üçüncü səddə düşmən daha çox müqavimət göstərdi. Buna baxmayaraq, Ordumuzun döyüş qabiliyyəti, hazırlığı, topraqlarımızın azadlığı uğrunda əzmi və fədakarlığı sayəsində düşmənin üçüncü səddi də keçildi. Kiçik qruplarımız ərazilərin relyefindən istifadə edərək düşmənin üçüncü səddindəki əsgərləri səngərdə məhv ediblər.

Ordumuzun qarşısında qoyulan əsas tapşırıq düşmənin Qubadlı rayonundan gələn təminat yolunun bağlanması, Əmirvarlıda onun məhv edilməsi və sonra Soltanlı kəndi istiqamətində hərəkət edərək Xudafərin körpüsünə doğru irəliləmək və tarixi abidəmizi azad etmək olub. Həmin istiqamətlər bağlandıqdan sonra isə düşmən Əmirvarlıda ciddi müqavimət göstərə bilməyib. Düşmənin üçüncü səddə qalan heyəti tam şəkildə məhv edildikdən sonra Soltanlı kəndi və Xudafərin körpüsü azad olunub. Daha sonra isə Zəngilanın rayon mərkəzi və bir neçə kənd tam şəkildə düşmən tapdağından təmizlənib.

Xudafərin körpüsünə doğru irəlilədikcə, həmçinin müəyyən strateji nöqtələr də düşməndən azad olunub. Aparılan sızma əməliyyatı zamanı strateji yüksəkliklərdə düşmənlə toqquşmalar yaşanıb. Lakin düşmən hərbçiləri qruplarımız tərəfindən məhv edilib. Sonra bölmələrimiz Xudafərin körpüsünə doğru irəliləyib və müəyyən istiqamətlərdə mövqelənib. Ərazidə tam müşahidə apardıqdan və təhlükəsizliyi təmin etdikdən sonra qruplarımız daha dərinə sızmağa başlayıb. Düzgün taktika nəticəsində əməliyyat uğurla yekunlaşıb. 27 ildir işğal altında qalan Xudafərin körpüsü bir gün ərzində azad edilib, Azərbaycan bayrağı ora sancılıb.

Xudafərin körpüsünün azad edilməsi müasir Azərbaycan tarixinin şanlı səhifələrindəndir

Körpünün azad olunmasının əhəmiyyətindən danışan hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan üçün xüsusi mənəvi əhəmiyyət daşıyan bu körpünü Ermənistan silahlı birləşmələri 1993-cü ildə işğal edib. Ötən 27 il müddət ərzində həmin ərazilərdə Azərbaycana məxsus bütün yaşayış infrastrukturu məhv edilib. Ərazilərimiz, Azərbaycana məxsus evlər erməni silahlıları tərəfindən talan olunub və darmadağın edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsünü düşməndən təmizləyib. Onun azad edilməsi müasir ölkə tariximizin şanlı səhifələrindəndir. Xudafərin körpüsü ölkəmiz üçün əsrlər boyu böyük mənəvi əhəmiyyətə malik tarixi abidə olub. Bu körpü Arazın hər iki sahilində yaşayan azərbaycanlıların bir-biri ilə əlaqəsini təmin edən möhtəşəm sənət əsəridir. Həmin tarixi abidəmizin düşmənin işğalı altında qalması xalqımız üçün qəbuledilməz idi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da Vətən müharibəsi başa çatandan cəmi altı gün sonra məhz Cəbrayıl rayonuna səfər etməsi, Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması da bu ərazilərin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının Xudafərini işğaldan azad etməsi Araz boyunca yerləşən ərazilərimizin Ordumuzun uğurlu əməliyyatları nəticəsində daha qısa müddətdə düşməndən təmizləməsi üçün münbit şərait yaratdı. Nəticədə Azərbaycan-İran sərhədinin işğal altında qalan 132 kilometrlik sərhəd zolağı tamamilə bölmələrimizin nəzarətinə keçdi. Çox qısa müddətdə həmin ərazilərdə qurumun sərhəd diviziyası yerləşdirildi. Bu sərhəd diviziyası, eyni zamanda, həm Şərqi Zəngəzurda, həm də Qarabağın İranla sərhəd zolağının müdafiə və mühafizəsini yüksək səviyyədə təmin etdi. Digər tərəfdən isə Xudafərinin azad edilməsi İranla Qarabağ arasındakı qanunsuz fəaliyyət göstərən sərhəd keçid yolunun bağlanmasına gətirib çıxardı. Bu yol üzərində nə İran, nədəki Qarabağdakı separatçılar tərəfindən heç bir qanuni nəzarət mexanizmi yerləşdirilməmişdi. Hər iki tərəfdən olan avtomobillər və insanlar Azərbaycan ərazilərindən daşımaları nəzarətsiz şəkildə və rahatlıqla həyata keçirirdilər. Bu daşımalar arasında Azərbaycana aid olan evlərin söküntüləri vardı. Eyni zamanda uzun müddət haqqında bəhs olunan narkotrafik marşrutu da məhz Xudafərinə yaxın yerləşən və qanunsuz tikilən körpü vasitəsilə reallaşdırılırdı. Bu körpü də sonradan DSX tərəfindən tamamilə ləğv edildi və sərhəd təhlükəsizliyimiz Vətən müharibəsindən az sonra tamamilə bərpa olundu. Xudafərinin azad olunması Azərbaycan Ordusunu gücləndirdi, onun mənəvi-psixoloji ruh yüksəkliyini daha da artırdı. Bu ərazilər azadlığa qovuşduqdan sonra həm DSX-nin, həm də Silahlı Qüvvələrimizin digər qoşun növlərinin savaşdakı hücum templəri kifayət qədər artdı.

Qeyd edək ki, döyüşlərdən sonra Prezident İlham Əliyev tərəfindən Xudafərin körpüsünün azadlığında iştirak etmiş bir sıra hərbi qulluqçumuz “Bayraq” ordeni, eləcə də “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqi Zəngəzurda həyata keçirilən bərpa modeli dünya şəhərsalma təcrübəsinə yeni yanaşma gətirir - ŞƏRH

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək

"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Qazaxıstandakı Turqay geoglifləri dünyanın ən qədim abidələrindən biri hesab oluna bilər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti - ŞƏRH

Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib

İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb

Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

İlyas Mirzəyev: Ümidvaram ki, əsərlərim azad olunmuş Qarabağda tezliklə ifa ediləcək

TASS Bakı taksi xidmətindən yazıb

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi

Çin XİN: Si və Tramp ikitərəfli münasibətləri, dünya sülhünü və inkişafını müzakirə edəcəklər

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir - ŞƏRH

Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur - ŞƏRH

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir

Tacikistanda buzlaqların əriməsi Mərkəzi Asiyanın su ehtiyatlarını azaldır

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

ÜST: Hantavirus epidemiyası riski çox azdır

La-Manş boğazında miqrantlara yardım edən ekipaj üzvləri irqçi davranışlarda ittiham olunur

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

Malayziyada Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi şahmat turniri

Bu saata olan əsas xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

Bu gündən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəklər

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib

Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi yaddaşın, həm də müasir siyasi kursun bir manifestidir- ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır

Anar Eminov: Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır

Premyer Liqa: "Arsenal"dan vacib qələbə

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qalib gələrək çempion olub

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəyini göstərir - ŞƏRH

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Tramp İranın sülh sazişi layihəsinə cavabını bəyənmədiyini açıqlayıb

Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı

Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub

Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər

Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub VİDEO

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub VİDEO

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub VİDEO

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub VİDEO

Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət VİDEO

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət VİDEO

Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir

Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub

Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Avropa Həftəsində təmsil olunub

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq VİDEO

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq VİDEO

Premyer Liqa: "Neftçi"dən asan qələbə