Xüsusi karantin rejiminin qaydalarını pozan 20 balıqçı barəsində protokol tərtib olunub
Bakı, 25 aprel, AZƏRTAC
Bu gün xüsusi karantin rejimini pozaraq Xəzər dənizinin Bibiheybət və Hövsan qəsəbələrini əhatə edən hissələrində balıq ovu ilə məşğul olan 20 həvəskar balıqçı aşkarlanıb. Onların hər biri barəsində Su Nəqliyyatında Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.
Bu barədə AZƏRTAC-a Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər 8103 nömrəsinə SMS yazaraq mağazaya, aptekə getmək adı ilə evdən çıxıb və SMS icazə sistemindən sui-istifadə ediblər. Onlara bir daha belə hallara yol verməməsi barədə xəbərdarlıq edilib. İdarənin əməkdaşları həvəskar balıqçılara mayın 4-dək karantin rejiminin qaydalarına əməl etməyi də tövsiyə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:34]
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib
- 12.10.2026 [12:38]
Qadın hərbi kursantlarla görüş olub
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]