Azərbaycan Dövlət İnformasiya Agentliyi

YALNIZ TƏFƏKKÜRÜ XƏSTƏ OLANLAR HƏDYAN DANIŞIRLAR...

Berlin, 28 aprel (AZƏRTAC). Gözlənildiyi kimi, ABŞ Prezidenti ermənilərin “kövrək” qəlbini növbəti dəfə qırmış və Amerika ermənilərinin intizarla gözlədiyi sözü dilinə gətirməməklə onları azı daha bir il müddətinə depressiya vəziyyətinə salmışdır. Rusiyanın Regnum informasiya agentliyi bu barədə çox “orijinal” məlumat vermişdir. Agentlik yazır: “O (Barak Obama - V.S.), “erməni soyqırımını” tanımaq barədə prezident seçilməzdən əvvəlki dövrdə verdiyi vədinə keçən il olduğu kimi, bu dəfə də əməl etməmiş və “soyqırımı” sözünü işlətməkdən diplomatik tərzdə vaz keçərək, ermənilərin, istər ABŞ-da, istərsə də başqa ölkələrdə heç bir hüquqi nəticə doğurmayan “mets yegern” böyük fəlakət terminindən istifadə etmişdir”.

Bu sitatdan belə nəticə çıxır ki, guya Obama “mets yegern” əvəzinə “soyqırımı” sözünü işlətsəydi, möcüzə sayəsində hüquqi nəticələr yaranacaqdı. Hərçənd, həmin nəticələrin nədən ibarət ola biləcəyi aydın deyildir. Sözügedən cəfəngiyyatın müəllifləri özlərinə belə bir sual versəydilər yaxşı olardı: Obamanın ağzı, məsələn, Jak Şirakın və ya “soyqırımı” sözünü tələffüz etmiş bir sıra digər dövlət başçılarının ağzından nə ilə fərqlənir? Onlar bu sözü tələffüz edəndən sonra hansı hüquqi nəticələr yaranmışdır? “Qəribə də olsa” bundan sonra Türkiyə bir dövlət kimi xırda hissələrə parçalanmamışdır. Türkiyə parçalanmır ki, parçalanmır! Necə deyərlər, qaya kimi dayanıb!

Yeri gəlmişkən, Regnum informasiya agentliyi öz səhifələrində əvvəllər də bu cür cəfəng məlumatlar dərc etmişdir. Məsələn, aprelin 15-də həmin agentliyin səhifələrində Stanislav Tarasovun məqaləsi dərc olunmuşdur. Müəllif yazırdı:

“ABŞ Sürix prosesini sadəcə olaraq stimullaşdırmaqla kifayətlənməyib, mahiyyət etibarilə həmin prosesi 1915-ci il erməni soyqırımı problemləri ilə şərtləndirməyə başlamışdır. ABŞ-ın bu hərəkəti tarixi perspektivdə təkcə Cənubi Qafqaz dövlətləri arasında deyil, onlarla Türkiyə arasında inzibati-ərazi sərhədlərini şərtləndirən bütün hüquqi konstruksiyanın təftiş edilməsinə gətirib çıxara bilər. Hadisələrin inkişafı bu ssenari üzrə davam edərsə, xüsusən ABŞ Konqresi soyqırımı barədə qətnamə qəbul edəcəyi halda Naxçıvanın Azərbaycan yurisdiksiyasında saxlanması problemi də ortaya çıxa bilərdi. Üstəlik, beynəlxalq qüvvələrin nisbəti açıq-aşkar Türkiyənin və Azərbaycanın xeyrinə olmadığı vəziyyətdə regionda daha bir potensial münaqişə ocağı yaranması, İranın da həmin münaqişəyə qoşulması istisna olunmurdu. Bundan sonra isə ümumiyyətlə, 1828-ci il Türkmənçay müqaviləsinin müddəalarının təftiş edilməsi problemi yarana bilərdi. Həmin müqaviləyə əsasən ərazidəki xanlıqların bir qismi Rusiya imperiyasına birləşdirilmiş, sonradan bu ərazidə Azərbaycan dövləti yaradılmışdır”.

İşə bax ha, sən demə, Naxçıvanın, eləcə də Türkiyənin Şərq əyalətlərinin sakinləri heç ağıllarına da gətirmir ki, onların taleyi bir neçə Amerika konqresmeninin əlində imiş və onlar “erməni soyqırımının tanınması” adlı kəmsavad bir sənəd qəbul edən kimi həmin vilayətlər dərhal Ermənistanın tabeliyinə keçəcəkmiş...

Yeri gəlmişkən, Türkmənçay müqaviləsi barədə. Tarasov nədənsə (yəqin ki, qəsdən) “unutmuşdur” ki, həmin müqavilənin şərtlərindən biri (maddə 15) ermənilərin İrandan Rusiyanın Cənubi Qafqazdakı yeni ərazilərinə, daha dəqiq desək, keçmiş İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazisinə köçürülməsi idi. Əgər tarixi təftiş etməyə başlamışıqsa, onda, necə deyərlər, bu işi axıra, yəni absurd vəziyyətinə çatdırmaq yaxşı olmazmı? Belə halda o vaxt İrandan köçürülmüş ermənilərin bütün nəslinin geriyə, İrana qaytarılması məsələsinə nə üçün baxılmasın?

Armen Melikyan da Regnum agentliyinin səhifələrində buna oxşar cəfəng yazıları ilə yadda qalmışdır. O yazırdı: “Ermənilərin soyqırımının xüsusən ABŞ, Böyük Britaniya və İsrail tərəfindən tanınması Türkiyə üçün həm onun ərazi bütövlüyünün qorunub saxlanması baxımından, həm də soyqırımına məruz qalmış erməni xalqına külli məbləğdə kompensasiya ödənilməsi kimi arzuedilməz perspektivə görə Türkiyə üçün çox ciddi təhlükədir”.

Bu barədə fikirləşməyə də ehtiyat edirəm: Allah eləməsin, əgər ABŞ Konqresi Karfagenin romalılar tərəfindən viran edilməsini soyqırımı aktı kimi qiymətləndirən qətnamə qəbul edərsə, onda İtaliya birdən-birə bəxti gətirmiş Tunisə uzun müddət kompensasiya ödəməli olar. Yaxud başqa bir misal, əgər İsrail Knesseti və Britaniya parlamenti belə bir qərara gəlsə ki, Kiyev Rus Dövlətinin şəhərlərinin yandırılması, bu şəhərlərin əhalisinin məhv edilməsi elə-belə deyil, dövlət səviyyəsində planlaşdırılmış siyasət nəticəsində baş vermişdir, onda zavallı Monqolustan tamam müflisləşər, çünki bu hadisə mərhum professor Rafael Lemkinin soyqırıma verdiyi tərifə uyğun gəlir.

Əlbəttə, bu cür müəlliflərin intellektual səviyyəsinin aşağı olmasını çox məsxərəyə qoymaq olar. Lakin bizim məqsədimiz bu deyildir. Bizi maraqlandıran başqa məqamdır. Fərz edək ki, onların yazdıqları mümkün olan işdir. Əgər belədirsə, onlar bu məsələnin praktiki icrasını necə təsəvvür edirlər? Yəqin onlar fikirləşirlər ki, Prezident Obama “soyqırımı” sözünü işlədən günün səhəri Amerikanın 6-cı donanması Türkiyənin Şərq əyalətlərinə desant çıxaracaq və həmin desant məhkəmə pristavı hüququ ilə Konqresin qətnaməsinə əsaslanaraq sərhəd sütunlarının yerini dərhal Ermənistanın xeyrinə dəyişməyə başlayacaqdır? Yaxud Beynəlxalq Valyuta Fondu Türkiyənin bank hesablarını “donduracaq” və həmin hesablardakı vəsaitləri “soyqırımı qurbanları”nın adına köçürəcəkdir? Siz nə danışırsınız? Siz hansı dünyada yaşayırsınız? Məgər unutmusunuz ki, 1918-ci ildə Birinci Dünya müharibəsində əzilmiş, tamamilə qüvvələri tükənmiş Türkiyə Atatürk başda olmaqla həmin müharibədə qalib gələnləri heyrətləndirərək Sevr müqaviləsinə, ifadəmə görə üzr istəyirəm, tüpürmüş və küldən dirilmiş Simurq quşu kimi Vətənin müdafiəsinə qalxmış, eyni vaxtda altı cəbhədə mübarizə aparmış və bu cəbhələrin hamısında qalib gəlmişdi? Bunları unutmusunuz? Görünür, elədir.

Dünya ölkələrinin parlamentlərində soyqırımı aktlarının siyasi cəhətdən tanınmasının heç bir əhəmiyyəti yoxdur. Bu cür “tanıma” ilə beynəlxalq tribunallarda və məhkəmələrdə hüquqi vəzifələr doğuran hüquqi tanıma arasında çox böyük fərq vardır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib