Yanvar-may aylarında Türkiyənin hava yollarından 33 milyondan çox sərnişin istifadə edib
İstanbul, 9 iyun, AZƏRTAC
Cari ilin beş ayında Türkiyənin hava yollarından təxminən 33 milyon 735 min 522 sərnişin istifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Dövlət Hava Meydanları İdarəsindən bildirilib.
Məlumatda qeyd edilir ki, bu dövr ərzində ölkənin hava limanlarında 408 min 483 təyyarə eniş və uçuş edib. Karqo təyyarələri ilə daxili və xarici reyslər olmaqla ümumilikdə 922 min 610 ton əşya daşınıb.
Dünyanın ən böyük aeroportlarında olan İstanbul Hava Limanından eyni dövr ərzində 12 milyon 303 min 284 sərnişin qeydiyyatdan keçib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]