Yanvarın 3-də Yer kürəsi maksimal məsafədə Günəşə yaxınlaşacaq
Bakı, 25 dekabr, AZƏRTAC
Yanvarın 3-də Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsində yerləşəcək. Moskva planetarisi bildirib ki, bunun sayəsində göy cisminin görünən diametri iyul ayına nisbətən 3 faiz daha böyük olacaq.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmin gün ulduz və planet arasında məsafə 147 098 988 kilometr təşkil edəcək. Astronomlar dəqiqləşdiriblər ki, Yer kürəsi Moskva vaxtı ilə saat 03:38-də periheliyaya çatacaq.
Məlumdur ki, Yer kürəsi Günəşin ətrafında elliptik orbit üzrə hərəkət edir. Planet periheliyaya - yanvar ayında, afeliyaya (orbitin ən uzaq nöqtəsinə) isə - iyul ayının əvvəlində çatır. Bu dövrdə o, Günəşdən 152 milyon kilometrdən çox məsafəyə uzaqlaşır.
Qeyd edək ki, dekabrın 22-də Şimal yarımkürəsində qış gündönümü baş verib. İl ərzində ən qısa günün uzunluğu 6 saat 59 dəqiqə təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]