YAP Nizami rayon təşkilatının gəncləri Dövlət Bayrağı Günü münasibətilə flaşmob keçirmişlər
Bakı, 6 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gəncləri Heydər Əliyev adına Park-Bulvarda Dövlət Bayrağı Günü münasibətilə flaşmob təşkil etmişlər.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı gənclər parkda olan vətəndaşlara Azərbaycan bayrağı hədiyyə etmişlər.
Flaşmobun keçirilməsində məqsəd bayrağımıza olan hörməti, sevgini nümayiş etdirmək və dünyaya bu gün Azərbaycanın üzərində dalğalanan üçrəngli bayrağın bütün azərbaycanlılar üçün dəyər, qürur mənbəyi olduğunu nümayiş etdirməkdən ibarət olmuşdur. Gənclər insanlara 100-dən çox bayraq hədiyyə etmiş və onları qarşıdan gələn 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]