Yaponiya hökuməti rekord büdcə layihəsini parlamentə təqdim edib
Pekin, 20 fevral, AZƏRTAC
Yaponiya hökuməti aprel ayında başlayacaq maliyyə ili üçün parlamentə rekord büdcə layihəsi təqdim edib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hökumətin təklif etdiyi büdcənin ümumi dəyəri 122,3 trilyon yen (təxminən 789 milyard ABŞ dolları) təşkil edir. Cari maliyyə ilindəki büdcə 115,2 trilyon yen olub.
Layihədə xərclərin 30 faizindən çoxu sosial təminat xərcləri üçündür. Büdcənin təxminən dörddəbiri dövlət istiqrazlarının geri alınması və ya faizlərinin ödənilməsinə nəzərdə tutulub. Faiz dərəcələrinin artması bu borc xidməti xərclərini artırır.
Büdcə layihəsində vergi gəlirlərinin rekord həddə - 83 trilyon yenə (540 milyard dollar) çatacağı gözlənilir.
Yaponiyanın büdcə layihəsində müdafiə xərcləri də rekord səviyyədə 9,04 trilyon yen (təxminən 58 milyard dollar) nəzərdə tutulub.
“İnsanların gündəlik həyatında heç bir pozuntu olmamasını təmin etmək üçün martın sonuna qədər büdcə layihəsini qəbul etmək istəyirik”, - Yaponiyanın maliyyə naziri Katayama Satsuki bildirib. Nazir əlavə edib ki, hökumət qanun layihəsinin ətraflı şərhini parlament müzakirələri zamanı təqdim edəcək.
Nazirlər Kabineti növbəti maliyyə ilində ölkə iqtisadiyyatının 1,3 faiz böyüyəcəyini proqnozlaşdırıb. Cari maliyyə ili üçün bu hədəf 1,1 faizdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
- 11.06.2026 [10:25]
Küveyt hava məkanını yenidən açıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]