Yaponiyada daşqının fəsadları FOTO
Bakı, 7 iyul, AZƏRTAC
Yaponiyanın cənubunda - Kymamoto və Kaqosima prefekturalarında leysan yağışlar güclü daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində azı 50 nəfər həyatını itirib, ondan çox insan itkin düşüb. Regionda axtarış-xilasetmə əməliyyatları davam edir.
Proqnozlara görə, yaxın günlərdə ölkənin qərbindən şimal-şərqinədək yeni yağışlar gözlənilir.
AZƏRTAC daşqının fəsadlarını əks etdirən fotoşəkilləri təqdim edir.