Yaponiyada “Haishen” tufanına görə 100 mindən çox sakin təxliyə xəbərdarlığı alıb
Tokio, 6 sentyabr, AZƏRTAC
Yaponiyanın cənubunda yerləşən Miyazaki prefekturasının 100 mindən çox sakini “Haishen” tufanına görə təxliyə xəbərdarlığı alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü NHK telekanalı məlumat yayıb. Bildirilir ki, təxliyə barədə xəbərdarlıq Hyuqa və Kobayaşi şəhərlərinin sakinlərinə göndərilib. Bununla yanaşı, Okinava prefekturasındakı bir neçə min ev elektrik xətləri qırıldığına görə enerjisiz qalıb.
Eyni zamanda, tufana görə 550 daxili reysin təxirə salındığı da qeyd olunur. “JR West” şirkəti isə sentyabrın 7-də sürətli “Shinkansen” qatarlarının ölkənin qərbinə və cənub-qərbinə səfərlərinin dayandırılması barədə qərar qəbul edib.
Hazırda “Haishen” tufanının Sakit okean üzərindən Okinava prefekturası istiqamətində hərəkət etdiyi bildirilir.
Sentyabrın 4-də hökumətin fövqəladə iclasını keçirən Baş Nazir Şinzo Abe yerli sakinlərin mühafizəsi üçün lazım olan bütün tədbirlərin görülməsi barədə göstəriş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]