YAPONİYADA HAZIRLANMIŞ ROBOT ASTEROİDİN SƏTHİNƏ ENDİRİLMİŞDİR
Çəkisi 600 qram olan aparat fotokamera və ölçü cihazları ilə təchiz edilmişdir. Təxminən 60 metr hündürlükdən asteroidin səthinə endirilmiş “Minerva” planetin üstü ilə top kimi tullanaraq hərəkət edir. Bu, cazibə qüvvəsinin zəif olduğu şəraitdə ən optimal hərəkət formasıdır.
Robotun asteroidin səthinə endirilməsi ekspedisiyaya – torpaqdan hissəciklər götürüb geri qayıdacaq zondun endirilməsinə hazırlıq mərhələsidir. İndiyədək kosmosdan Yer kürəsinə ABŞ-ın 1960-70-ci illər “Apollon” proqramı çərçivəsində ay daşları gətirilmişdir. “Hayabusa” işini uğurla başa çatdırarsa, alimlər təbii peykimizin orbitindən xeyli uzaqda baş verən proseslər barədə maddi dəlillər əldə edəcəklər. Asteroidin səthindən götürülmüş toz Günəş sisteminin təkamülü barəsində bir çox suallara cavab almaqda kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]