Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyada İmperator dövrü və onun tarixi əhəmiyyəti

Tokio, 16 aprel, AZƏRTAC

Mayın 1-də Yaponiyada yeni İmperatorun taxta çıxması ilə Heysey dövrü başa çatacaq və yeni Reiva dövrü başlayacaq. Bəs Uzaq Şərqin ən qüdrətli dövlətlərindən biri olan Yaponiya üçün İmperatorun adı ilə bağlı olan bu tarixi dövrlər necə yaranıb və ölkə həyatında hansı rolu oynayır?

Bu və digər sualları aydınlaşdırmaq üçün AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Tokio Universitetinin professoru, tarix elmləri doktoru Akira Matsunaqa ilə görüşərək ondan müsahibə alıb. Müsahibənin mətnini təqdim edirik.

- Cənab professor, bildiyimiz kimi aprelin 2-də Yaponiya Nazirlər Kabineti mayın 1-də ölkədə yəni İmperatorun taxta çıxması ilə əlaqədar yeni dövrün adını elan etdi. Bəs müasir Yaponiyada İmperator idarəetməsi özünü necə göstərir? Yaponiya əhalisi, yaponlar üçün bu sistem nə dəməkdir?

- Qeyd etdiyiniz kimi, Yaponiyada Əlahəzrət İmperator Akihitonun səlahiyyətləri aprelin 30-da bitir, mayın 1-dən isə yeni İmperator, hazırkı vəliəhd-şahzadə Naruhito İmperator kimi öz səlahiyyətlərinin icrasına başlayacaq. Yaponiyada İmperator dövrünün tətbiqi təxminən X əsrdən başlayır. Təxminən 200 il müddətində, Meyci dövründən başlayaraq imperatorların hakimiyyətdə olduğu dövr onların öz adları ilə adlanırdı. Nümunə olaraq İmperator Meyci - Meyci dövrü, İmperator Tayşo - Tayşo dövrü, İmperator Şyova - Şyova dövrü adlanırdı. Bu təxminən 150 il bu şəkildə davam etdi. Bundan əvvəl bir İmperatora bir neçə dövr uyğun gələ bilərdi. Yəni bir İmperator məsələn iki dövrdə yaşaya bilərdi, amma həmin dövrdən başlayaraq imperatorlar yalnız taxta çıxdığı gün qəbul olunan dövrdə yaşamağa başladılar. Yəni bir İmperatora yalnız bir dövr uyğun gəlməyə başladı.

Bu dəfə apreldə bitən Heysey dövründə İmperator, Yaponiya konstitusiyasında olan statusuna görə siyasi funksiyası olmasa da, həddindən artıq çətin işləri həyata keçirib. Yaponiya tarixi bu formada hərəkət edir. Yaponiya İmperatoru çox çətin olan bir sıra funksiyaları yerinə yetirir. Bildiyimiz kimi, Heysey dövründən sonra Reiva dövrü başlanacaq. Burada da təxminən 150 ildə davam etdiyi kimi, İmperatorun dəyişilməsi ilə dövrün dəyişməsi baş tutacaq. Qeyd edim ki, Yaponiyada fərqli dövr anlayışı mövcuddur. Hazırda dünyada 2019-cu il olsa da, Yaponiyada Heysey dövrünün 31-ci ildir. Dövrün dəyişməsi ilə əlaqədar biz Reiva dövrünün 1-ci ilinə qədəm qoyacağıq. Düzdür, burada bir çox çətinliklər ortaya çıxa bilər. Məsələn, mən Heysey dövründə də Şyova dövründə də yaşamışam. Hazırda yaşayan bir çox yaponlar hər iki dövrü görüblər. Mən özüm 31 il Heysey də yaşamışam və bundan sonra yeni dövrdə yaşayacağam.

Keçmişə dönüb baxanda Heysey dövrünü bir neçə istiqamətdə, müxtəlif cür qiymətləndirmək olar. Heysey dövrü 1989-cu ildə başladı və 2019-cu ildə bitir. Yaponlar bu dövrü birləşib, paylaşıb yaşadılar. Mənə görə bu dövr normal oldu.

- İkinci Dünya müharibəsindən sonra qəbul edilən yeni konstitusiyaya əsasən İmperator dövlətin və xalqın simvoluna çevrildi ki, bu da monarxın qarşısında tamamilə yeni funksiyalar, vəzifələr qoyurdu. Sizcə İmperator Akihito bu vəzifələrin öhdəsindən necə gəldi və bu sistemə hansı yenilikləri gətirdi?

-İkinci Dünya müharibəsi 1945-ci ildə Yaponiyanın məğlubiyyəti ilə başa çatdı. Yaponiya müharibəni uduzduqdan sonra ABŞ-ın nəzarətinə düşdü. Həmçinin təxminən 6 il müddətində ABŞ tərəfindən işğal olundu. Həmin müddətdə Yaponiya yeni, əvvəlkindən fərqlənən konstitusiyanı hazırladı. Bu konstitusiya əvvəl mövcud olan Meyci dövrünün konstitusiyasından köklü şəkildə fərqləndi. Əgər bu fərqlərə baxsaq, dəyə bilərik ki, İmperatorun hakimiyyəti müharibədən əvvəl həddindən artıq güclü idi. İmperatorun hakimiyyəti güclü, səlahiyyətləri çox idi. Böyük yapon imperiyası Meyci dövrünün konstitusiyasına görə bütün funksiyalar İmperatorun əlində cəmlənmişdi. Həm də yeni konstitusiya qərb stilində, alman konstitusiyasına uyğun hazırlanmışdı. Əlbəttə bu konstitusiyada İmperator çox böyük hakimiyyəti əlində saxlasa da əslində o, əksər hallarda əmr vermək funksiyasında deyildi. Əmrlər İmperatordan aşağıda olan adminstrativ idarəetməyə malik, Baş nazir statusunda olan şəxs tərəfindən verilirdi. Yəni, əvvəlki konstitusiyaya görə İmperator bütün səlahiyyətləri əlində saxlasa da, əslində bu özü də, simvolik məna daşıyırdı və siyasət, hərbi məsələlər və həmçinin digər səlahiyyətlər birbaşa olaraq İmperatorun təyin etdiyi idarə heyəti tərəfindən icra edilirdi. Lakin müharibədən sonra yeni qəbul olunan yapon konstitusiyasında İmperatorun səlahiyyətləri rəsmi olaraq simvolikləşdirildi və o, Yaponiyanın simvolu statusunu aldı. İmperatorun yeni statusunu yaponların böyük əksəriyyəti əvvəlcə anlaya bilmirdi. Dövlətin başçısı ilə simvolik şəxsin fərqi nədir dedikdə isə Şyova dövrünün imperatoru Hirohito (1926-1989-cu illər) həm köhnə konstitusiya, həm də yeni konstitusiyaya uyğun səlahiyyətlərə malik olduğuna görə, bu iki idarəetmə arasında olan fərqləri tam anlaya bildi. Heysey dövrü imperatoru Akihito isə yeni konstitusiyada yazıldığı kimi, bir xalqı qorumaq funksiyalarını yerinə yetirdi. Yaponiyanın yeni konstitusiyasına görə, İmperatorun siyasi səlahiyyətləri yoxdur. İmperator burada Baş nazirin məsləhəti ilə müxtəlif işləri yerinə yetirə, yaxuddakı elan edə bilər. Heysey İmperatoru kimi bu yeni İmperator da öz statusunu saxlayacaq, simvolik olaraq qalacaq. Amma istisna hallarda İmperator öz çıxışlarında, nitqlərində yapon xalqına təsir edə bilər. Yeni İmperator da əvvəlki kimi davam edəcək, eyni funksiyaları yerinə yetirmək üçün daha çox çalışacaq.

-Yeni dövrün adı ilk dəfədir ki, klassik yapon ədəbiyyatından götürülüb. Bu, xalq arasında həmin ədəbiyyata böyük maraq doğurub. Eyni zamanda, Baş nazir Şinzo Abe “reiva” sözünü “rifah və harmoniya” kimi şərh edib. Bəs sizcə yeni dövrün belə adlandırılmasının əhəmiyyəti nədən ibrətdir? Bir tarixçi alim kimi bunun mahiyyətini necə izah edərdiniz?

-Yaponiyada dövr bildiyimiz kimi, Heyseydən Reiva dövrünə dəyişdi. Reivanın mənası gözəl, cəlbedici harmoniya dəməkdir. Bu Yaponiyanın klassik ədəbiyyatı “Manyoşu”dan götürülən ifadədir. Bu dövrə qədər olan tarix 654-cü ildə Tayqa adlanan dövrdən və Çində mövcud olan klassik ədəbiyyatlardan götürülmüşdü. Yaponiya və Çin klassik ədəbiyyatı Şərqi Asiyada olan və kancidə yazılan, həmçinin Koreya, Vyetnam və digər xalqlar tərəfindən ümumi qəbul olunan mədəniyyət kimi kökləri gedib eyni yerə çıxır. Bu zamana qədər kökləri eyni olan Çin və başqa ədəbiyyatlardan götürülsə də, bu dəfə tamamilə Yaponiyaya məxsusdur. Ona görə də müasir yaponlara görə tamamilə başqa dövr başlayır. Yəni bu dövr özümüzə məxsus klassik ədəbiyyatdan götürülüb deyə tamam başqa dövr başlayır kimi hiss edirlər.

Mən də bu, yaxşı dövr olacaq deyə düşünürəm, hiss edirəm. Əslində “Manyoşu” yaponlara aid olsa da Çin klassik ədəbiyyatının böyük təsirinə məruz qalıb. Məsələn, bu gün Yaponiyada hər yerdə sakuralar açıb. Yaponiya deyiləndə ağıla gələnlərdən biri də sakuradır. Məsələn, əriyin çiçəkləri, ətri daha gözəldir. Bu sakura “Manyoşu”dan götürülsə də əslində Çin klassik ədəbiyyatından gələrək formaca dəyişib. Biz yeni dövrün yaxşı olacağını düşünürük. “Manyoşu”nun bölmələrindən təxminən ikisi Yaponiyaya, dördü isə Çinə məxsusdur. Baş nazir Abe də yeni dövrü seçmək üçün ekspertlərdən bir neçə xahiş etmişdi bu bölmələr ədəbiyyatla bağlı idi. Onların arasında “Seika”, “Manpo” və başqaları var idi. “Manyoşu” bunlardan ən uyğunu kimi seçilib. Bir yapon kimi mən çox sevinirəm ki, yeni dövrün adı öz mədəniyyətimizin nümunələrindən götürülüb. Bundan sonra da, yeni dövrlərin adlarında öz mədəniyyətimizin simvollarının istifadə ediləcəyini düşünürəm.

-Mayın 1-də vəliəhd-şahzadə Naruhito taxta çıxacaq. Necə düşünürsünz, yeni dövr Yaponiyaya və yapon xalqına hansı yənilikləri gətirəcək?

- Bəli, “Heysey” dövründə 31 il müddətində müharibələr baş vermədi. Yaponiyada, məsələn 1868-ci ildə Meyci dövründə, sonrakı Tayşo və Şyova dövründə müharibələr oldu. Yaponiyada 1603-cü ildən 1867-ci ilə qədər Edo dövründə, təxminən 265 ildə uzun müddət sülh oldu. Bu illərdə Yaponiya xaric ilə qapıları bağladı, ətraf ölkələrlə təmas olmadan uzun müddət sülhü qoruyub saxlaya bildi.1853-cü ildə Amerikanın nümayəndəsi Yaponiyaya gələrək ölkənin belə bağlı şəraitdə qalmasının mümkün olmadığını bildirdi və qapıların açılmasını tələb etdi. Qapılar açıldıqdan sonra, yaponlar xarici ölkələrdən bir çox şeylər öyrəndilər. Hərbi sistemi, beynəlxalq münasibətləri, diplomatiyanı öyrənməyə başladılar və gözlənildiyi kimi, öz güclərini anlayaraq müharibələrə başladılar. Bundan sonrakı 150 ilə baxsaq Yaponiya Meyci dövründən başlayaraq, Çin-Yaponiya müharibəsi, yapon-rus müharibəsi, I Dünya müharibəsi və başqa müharibə təcrübələrini yaşadı. Beləliklə, 1945-ci ildə müharibə bitdikdən sonra Yaponiya uzun müddət, təxminən 70 il xarici ölkələrlə heç bir müharibə etmədi. Bu dövr müharibəsiz davam etdiyinə görə həmin dövrün yaxşı başa çatdığını deyə bilərik. Bundan əvvəlki 70 ildə olduğu kimi, bundan sonra da yapon xalqı həmişə sülh olmasının əhəmiyyətini başa düşür. Dünya ölkələri ilə daha da yaxşı münasibətlər qurmağın əhəmiyyətini anlayır. İndi ABŞ Prezidenti Donald Tramp müxtəlif təhlükəli addımlar atır, yaxud Yaxın Şərqdə müxtəlif bölgələrdə sülh yoxdur. Bütün bunları görən yaponlar sülh yaxşıdır deyə düşünürlər. Yapon xalqı bundan sonra da sülh arzulayır, müharibə olmamasını arzulayır. İndi dünyada demək olar təhlükəli yerlər çoxdur deyə düşünən yaponlar sülhün mənasını tam anlayırlar.

Yaponiya konstitutsiyasında İmperatorun heç bir siyasi səlahiyyəti olmadığına görə, bu dəyişiklik heç bir siyasi dəyişikliyə, xüsusən də Yaponiyanın beynəlxalq siyasətinə təsir etməyəcək. Ancaq, yaponlar üçün sülhün simvolu kimi İmperatorun əhəmiyyəti çox böyükdür və inanıram ki, yeni dövrdə də, Yaponiya heç bir müharibə etməyərək, sülh ölkəsi kimi dünya siyasi arenasında öz müsbət mövqeyini qoruyub saxlayacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir