Yaponiyada koalisiya hökuməti qurulmasına dair razılıq əldə olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) və müxalifətin əsas siyasi gücü olan Yaponiya İnnovasiya Partiyası (JIP) bazar ertəsi, oktyabrın 20-də koalisiya hökuməti qurmaq barədə razılığa gəliblər. Bu, LDP lideri Sanae Takaiçinin ölkənin ilk qadın Baş naziri olmasına zəmin yaradıb.
AZƏRTAC NHK dövlət televiziyasının saytına istinadla xəbər verir ki, razılıq Takaiçi və JIP rəhbəri Hirofumi Yoşimura arasında telefon danışığından sonra əldə edilib.
Bu addım Komeito partiyasının LDP ilə 26 illik koalisiyasına son qoymasından sonra atılıb və Yaponiyanın siyasi mənzərəsində böyük dəyişiklik olduğunu göstərir.
Sadiq mühafizəkar və mərhum baş nazir Şinzo Abenin yaxın müttəfiqi olan Takaiçi bu ayın əvvəlində LDP-nin ilk qadın lideri seçildikdən sonra tarix yazıb.
Çərşənbə axşamı qanunvericilər yeni Baş nazirin seçilməsi üçün səs verəcəklər.
LDP-nin 465 üzvü olan aşağı palatada 196 yeri var və onun iclasında 233 səslə Baş nazir seçilməlidir.
Parlamentdə Yaponiya Konstitusiya Demokratik Partiyası 148, JIP 35, Xalq Naminə Demokrat Partiyası 27 və Komeito 24 mandata malikdir. JIP-in 35 millət vəkili ilə LDP-JIP bloku aşağı palatadakı 465 yerdən yalnız 231-nə sahib olacaq, çoxluğu təmin etmək üçün cəmi iki səs çatmır. Bununla belə, Xalq Naminə Demokratik Partiyasının lideri Yuiçiro Tamaki şənbə günü siyasətlərinin uyğun gəldiyi sahələrdə Takaiçi ilə işləməyə hazır olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]