Yaponiyada nəhəng “Gundam” robotu ictimaiyyətə təqdim edilib
Tokio, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Tokionun yaxınlığında yerləşən Yokohama şəhərində “Gundam” animasiyasının qəhrəmanı olan hərəkət edən robot ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hündürlüyü 18 metr olan robot Yamaşita parkında inşa olunan “Gundam Factory” kompleksinin bir hissəsini təşkil edir. Robot baxış platforması rolunu oynayacaq dokun üzərində yerləşdirilib. Dokun yaxınlığında robotun hazırlanması prosesini və onun daxili hissələrini əks etdirən sərgi salonu yerləşir.
Buradakı pavilyonların birində yerləşdirilmiş qurğuda ziyarətçilər müasir texnologiyaların köməyi ilə özlərini “Gundam” robotunun pilotunun yerində hiss edə bilərlər. Bu zaman görüntünü ötürmək üçün Yaponiyanın “Softbank” mobil operatorunun 5G şəbəkəsindən istifadə olunur. Bununla yanaşı, kompleksdə tematik kafe, konfrans zalı və animasiya qəhrəmanlarının oyuncaqlarının satıldığı mağaza yerləşir.
Qeyd edək ki, “Gundam Factory” kompleksinin açılışı cari ilin yayında nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə təxirə salınmışdı.
Kompleksə tamaşaçıların buraxılmasına isə dekabrın 19-dan etibarən başlanacaq. Biletin qiyməti isə 1650 yendən 3300 yenədək (16 dollardan 32 dollaradək) olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]
İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]
Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb
- 19.09.2026 [21:37]