İDMAN
Yaponiyada qadınlar arasında voleybol üzrə dünya çempionatının üçüncü qrup mərhələsi başa çatıb
Tokio, 16 oktyabr, AZƏRTAC
Yaponiyada keçirilən qadınlar arasında voleybol üzrə dünya çempionatının üçüncü qrup mərhələsi oktyabrın 16-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, G qrupunda keçirilən İtaliya-Serbiya qarşılaşması 1:3 (21:25, 19:25, 25:23, 23:25) hesabı ilə başa çatıb. Bu oyunun nəticəsindən asılı olmayaraq, Serbiya və İtaliya komandaları yarımfinala vəsiqə qazanıblar.
H qrupunda isə Niderland yığması Çin millisi ilə qarşılaşıb. Oyun Çin voleybolçularının 3:1 (30:32, 15:25, 25:22, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupdan Çin və Niderland komandaları yarımfinala çıxıblar.
Dünya çempionatının yarımfinal oyunları oktyabrın 19-da Yokohamada keçiriləcək. Yarımfinalda Serbiya Niderlandla, Çin isə İtaliya ilə qarşılaşacaq.
Çempionatın final görüşü oktyabrın 20-də oynanılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio