İQTİSADİYYAT
Yaponiyalı astronavt Bakıdakı tədbirdə kosmosda başına gələn hadisələri danışıb







Bakı, 3 oktyabr, AZƏRTAC
Uzun illərdir ki, kosmosa olan missiyalarda iştirak edirəm. Belə ki, ötən il missiya zamanı Yeni ili kosmosda qarşıladım.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonunda təmsil olunan Yaponiyanın Kosmik Agentliyi JAXA-nın Baş direktorunun baş müşaviri, astronavt Vakata Koiçi (Wakata Koich) Yaponiyanın kosmik sahədə keçdiyi yol, həyata keçirilmiş layihələr və gələcək planlar barədə danışarkən bildirib.
Astronavt kosmosa uçuşu və kosmosda olarkən başına gələn hadisələri də təqdimat iştirakçıları ilə bölüşüb.
Vakata Koiçi astronavtların hər gün 2 saat xüsusi idmanla məşğul olduğunu bildirib. Vakuum şəraitdə məşqlər keçən astronavtlar xüsusi geyim, qida və tam fərqli həyat tərzləri olduğunu diqqətə çatdırıb. Kosmosda keçirdiyi təcrübə ilə bölüşən astronavt, bu sahəyə marağı olan hər kəsə dəstək olmağa hazır olduğunu bildirib.
Vakata Koiçi Yaponiyanın sayca 4-cü astronavtıdır, NASA-nın Space Shattle missiyasında 4 dəfə iştirak edib, Beynəlxalq Kosmik Stansiyanın 5 missiyasının iştirakçısı olub.