Yaponiyanın Azərbaycandakı səfiri Milli Gimnastika Arenasında olub
Bakı, 20 aprel, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Milli Gimnastika Arenasında olub.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, o, aprelin 22-dən 24-dək Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edəcək Yaponiya milli komandasının üzvləri ilə görüşüb, onlarla söhbət edib.
Görüşün sonunda səfir komanda ilə birgə xatirə şəkli çəkdirib.