SİYASƏT
YAPONİYANIN BAKIDAKI SƏFİRİ NAXÇIVANA GEDƏCƏKDİR
Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara ilə görüşmüşdür.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə H.Zeynalov səfirə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və siyasi durumu, son illər bu bölgədə görülən genişmiqyaslı quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
Səfir Naxçıvan Muxtar Respublikası ilə tanış olmaq və Yaponiya hökuməti tərəfindən Muxtar Respublikaya konkret hansı sahələrdə yardım ediləcəyini dəqiqləşdirmək üçün aprel ayında Naxçıvana səfər edəcəyini daimi nümayəndəyə bildirmişdir.