Yardımlıda 1,5 tondan artıq xaş-xaş kolu məhv edilib
Yardımlı, 25 iyun, İlkin Adıyev, AZƏRTAC
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbir zamanı Yardımlı rayonunun Alar kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 500 kiloqramdan artıq olan 10 min ədədə yaxın xaş-xaş kolu çıxarılıb və yandırılaraq məhv edilib.