Yasamal rayonu ərazisində 9 ağacın kökündən çıxarılması faktı araşdırılır
Bakı, 15 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi, 89 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayət dərhal yerində araşdırılmışdır.
ETSN-in əməkdaşları tərəfindən aparılan araşdırma zamanı 9 ədəd yaşköküstə ağacın naməlum şəxslər tərəfindən qanunsuz olaraq kökündən çıxarıldığı və ərazidən aparıldığı müəyyən edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin ünvanda bu ilin yanvar ayında da 12 ədəd yaşköküstə sərv ağacının kökündən çıxarılaraq ərazidən aparıldığı faktı aşkar edilmişdi. Ağacları kökündən çıxaran vətəndaş Ramiz Cabbarlı nazirliyin əməkdaşları tərəfindən inzibati qaydada fiziki şəxs qismində 14 min 400 manat məbləğində cərimə olunmuşdu.
Eyni ünvanda ikinci dəfə ağacların texnika və maşınlardan istifadə olunmaqla məhv edilməsi bu işin mütəşəkkil qrup tərəfindən həyata keçirildiyini deməyə əsas verir. Bunu nəzərə alaraq ETSN qanuna müvafiq olaraq faktla bağlı ciddi tədbirlər görülməsi üçün Yasamal Rayon İcra Hakimiyyətinə və rayonun polis şöbəsinə, eyni zamanda, ərazidəki yaşıllıqların mühafizə olunması, onlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və Yasamal rayon bələdiyyəsinə müraciət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]