Yasamal rayonunda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
Bakı, 26 aprel, AZƏRTAC
AFFA tərəfindən təşkil olunan “Coca-Cola məktəbli kuboku” yarışının Yasamal rayonu üzrə final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında 13 nömrəli tam orta məktəbin komandası ilə 21 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb.
Rəqibini 3:2 hesabı ilə məğlub edən 13 nömrəli orta məktəbin komandası Yasamal rayonu üzrə turnirin qalibi olub.