Yasamal rayonunda seçici fəallığı yüksəkdir VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının prezidenti seçkiləri Yasamal rayonunda da fəal şəkildə davam edir. 16 saylı Yasamal II seçki dairəsinin 153 nömrəli məktəbdə yerləşən 29 saylı seçki məntəqəsində seçicilərin fəallığı yüksəkdir.
AZƏRTAC xəbər verir ki, 29 saylı məntəqə seçki komissiyasının sədri Sitarə Məmmədova səsvermənin gedişi barədə məlumat verərək deyib ki, adları seçici siyahısına salınmış 1385 vətəndaşın sərbəst şəkildə səs vermələri üçün məntəqədə bütün zəruri şərait yaradılıb.