Yasamalda yeni futbol meydançası sakinlərin istifadəsinə verilib
Bakı, 8 iyun, AZƏRTAC
Bakının Yasamal rayonunda yeni futbol meydançası sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, meydançanın istifadəyə verilməsi sakinlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir.
Uzunluğu 25, eni 12 metr olan meydançanın süni ot örtüyü AFFA tərəfindən təqdim olunub. Stadion Yasamal Rayon İcra Hakimiyyətinin, AFFA-nın və Yasamal Rayon Bələdiyyəsinin dəstəyi, deputat Elnur Allahverdiyevin təşəbbüsü ilə ərsəyə gəlib.
Meydança gənclərin və uşaqların idmana marağının artırılması məqsədilə yaradılıb.