“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

Bakı, 20 fevral, AZƏRTAC
“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dəstək olmağa davam edir.
“YAŞAT” Fondundan AZƏRTAC-a verilən məlumata görə, mehriban, mərd, ünsiyyətli insan kimi tanınan qəhrəmanımız Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunun Ziyadlı kəndində anadan olub. Hərbçi olmaq uşaqlıq arzusu olub və daim bu yolda irəliləyib. 2020-ci il sentyabrın 27-də Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərə qatılıb və həmin istiqamətdə şəhid olub.
Ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunaraq adını qəhrəmanlıq tarixinə yazdırıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [19:20]
Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub
- 21.06.2025 [18:31]
Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb
- 21.06.2025 [18:00]
Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
- 21.06.2025 [17:32]
AQTA: Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək
- 21.06.2025 [16:35]