Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yaşıl aptek” istifadəyə verilib, avadanlıqlar, şüşə qablar və kimyəvi reaktivlərin təqdimatı olub

Naxçıvan, 1 sentyabr, AZƏRTAC

“Yaşıl aptek” AMEA Naxçıvan Bölməsi yaradılan dövrdən mövcud olsa da, texniki imkanları indiki səviyyədə deyildi.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan şəhərində yeni “Yaşıl aptek”in istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.

Akademik bildirib ki, məhz Ali Məclis Sədrinin göstərişi ilə iki otaqdan ibarət yenidən qurulan aptekdə ən müasir avadanlıqlar quraşdırılıb. Adından da göründüyü kimi, “Yaşıl aptek”in fəaliyyət imkanlarının genişləndirilməsində məqsəd bilavasitə Naxçıvanın zəngin təbiətindən, faydalı qazıntılarından alınan, eləcə də aparılan elmi-tədqiqat işləri nəticəsində əldə olunan məhsulların satışını təşkil etməkdir.

İsmayıl Hacıyev qeyd edib ki, ötən dövrdə qədim diyarın bitki örtüyündən nümunələr götürülərək elmi-tədqiqat işlərinə cəlb edilib və yüksəkkeyfiyyətli təbii məhsullar əldə olunub. Ötən ildən başlayaraq Şorsu palçığı və onun quru qalığı, Darıdağ arsenli suyunun buxarlanması nəticəsində yuyucu vasitə, həmçinin alınan yeni aparatların köməkliyi ilə Ordubad rayonunun Aşağı Əylis kəndində biokimyəvi tədqiqatlar laboratoriyasında ekstraktlar, yağlar, eləcə də bu ildən iki formada gülab istehsal edilir. Bundan əlavə, Duzdağ və digər ərazilərdən əldə olunan gildən yuyucu maddələr alınır ki, onun da gələcəkdə qablaşdırılaraq satışının təşkili nəzərdə tutulur. Elmin inkişafına göstərdiyi böyük qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirən akademik İsmayıl Hacıyev aptekdə satışa çıxarılan digər məhsullar barədə də geniş məlumat verib, yaradılan şəraitdən səmərəli istifadə olunacağını, gələcəkdə məhsul istehsalının artırılacağını bildirib.

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxışında qeyd edib ki, institut ötən dövr ərzində muxtar respublikanın flora və faunasının, genofondunun qorunması üçün əsaslı elmi-tədqiqat işləri aparıb və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Vurğulanıb ki, steril şəraitdə qurudulan dərman bitkilərindən, hələlik 16 adda xəstəliyin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında dərman bitkisi qarışıqları hazırlanır. Həmin qarışıqlar “Yaşıl aptek”də və müxtəlif əczaxanalarda satışa çıxarılır. Bildiyimiz kimi, bu gün artıq dünyada kimyəvi dərman istehsalından çox fitoterapiyaya üstünlük verilir. Avropa Birliyi də artıq antibiotiklərdən istifadəyə qadağa qoyub və aparılan tədqiqatlar belə deməyə əsas verir ki, ancaq təbii bitkilərdən hazırlanan dərmanlar vasitəsilə orqanizmi effektiv şəkildə müalicə etmək mümkündür. İnstitut əməkdaşları da yaradılan şəraitdən səmərəli istifadə etməklə muxtar respublikanın təbii ehtiyatlarından yeni dərman vasitələri hazırlamağa çalışır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalaması ilə muxtar respublikanın elmi mühiti mərkəzləşib, sistemli və davamlı inkişaf mərhələsinə qədəm qoyub.

Qeyd olunub ki, Ali Məclis Sədrinin elmin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ötən dövr ərzində bölmə institutlarının tam formalaşması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində sistemləşdirilmiş formada böyük işlər görülüb. Bundan əlavə, bölmə əməkdaşlarının maddi vəziyyətinin yaxşılaşdırılması yönündə atılan addımlar, elm adamları tərəfindən verilən layihələrin daim dəyərləndirilməsi, eləcə də dövlət elm siyasətinin davamı olaraq elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının mükafatlarının təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Elmin İnkişafı Fondunun yaradılması elmi yenilikləri ölkə hüdudlarından kənarda tanıtmaq, maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək, eyni zamanda kadr hazırlığına geniş imkanlar açıb.

Diqqətə çatdırılıb ki, Ali Məclis Sədrinin verdiyi tapşırıqlar əsasında elmin istehsalata sirayət etməsi istiqamətində işlər görülür, eyni zamanda yaxın vaxtlarda “Elm festivalı”nın keçirilməsi də nəzərdə tutulur. Həmçinin tapşırıqların icrası istiqamətində Bioresurslar İnstitutunda İnnovasiya və elmi istehsalat şöbəsi yaradılıb ki, bu da elmi-tədqiqat işlərinin vahid formada təşkilinə imkan verəcək. Məhz təbii dərman bitkilərinin satışını həyata keçirəcək “Yaşıl aptek”in yenidən qurulması da Ali Məclis Sədrinin insan amilinə verdiyi böyük önəmdən irəli gəlir.

X X X

AMEA Naxçıvan Bölməsinə alınmış avadanlıqlar, şüşə qablar və kimyəvi reaktivlərin təqdimatı mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikada elmin keçdiyi inkişaf yoluna nəzər salıb, yeni təqdim olunan 54 adda şüşə qab və kimyəvi reaktivlərin, müasir professional printer və digər avadanlıqların əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında bildirib ki, muxtar respublikada elmin sistemli inkişafı 1996-cı ildən başlayıb. Bununla bağlı imzalanan mühüm sərəncamlar tarixi keçmişimizin qaranlıq səhifələrinin elmi tədqiqatı, innovativ layihələrin dəstəklənməsi və tədqiqat nəticələrinin elmi nəşr vasitəsilə geniş ictimaiyyətə çatdırılması ilə nəticələnib. Atılan mütərəqqi addımlar Ümummilli Liderimizin tarixi keçmişimizin öyrənilməsi ilə bağlı tövsiyələrinə əsaslanaraq elmin gələcək inkişafının konturlarını müəyyən edib.

Surə Seyid qeyd edib ki, muxtar respublikada elmin inkişafına hərtərəfli qayğı dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və elm adamlarının sosial rifah halının yüksəldilməsinə xidmət edən dövlət siyasətinin tərkib hissəsini təşkil edir.

Vurğulanıb ki, müasir dövrdə muxtar respublikanın iqtisadi inkişafı elmi inkişaf səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən asılıdır.

Qeyd olunub ki, bu gün istifadəyə verilən “Yaşıl aptek” və AMEA Naxçıvan Bölməsi üçün alınan yeni avadanlıqlar muxtar respublikada elmin istehsalatda uğurlu tətbiqinə, innovasiya əsrinin tələblərini əks etdirən yeni layihələrin, müasir elmi düşüncələrin reallaşmasına səbəb olacaq, muxtar respublikanın gələcək inkişafına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev bildirib ki, muxtar respublikada elmin inkişafı sahəsində atılan addımlardan biri də AMEA Naxçıvan Bölməsi üçün laboratoriya və nəşriyyat avadanlıqları, şüşə qablar və kimyəvi reaktivlərin alınmasıdır.

Həmçinin “Yaşıl aptek”in təmir edilməsi, mebel ilə təmin olunması bu işlərin davamıdır. Bütün bu görülən işlər muxtar respublikanın dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilib. Belə ki, bölməyə laboratoriya avadanlıqları, şüşə qablar və kimyəvi reaktivlərin alınmasına 44 min 469 manat, nəşriyyat işinin keyfiyyətlə həyata keçirilməsi məqsədilə professional printer və kağız alınması üçün 13 min 719 manat, proyektor və geniş elektron ekran alınması üçün 5 min 928 manat, “Yaşıl aptek”in təmir edilməsi, mebel və lazımi avadanlıqlarla təchiz olunması üçün 18 min 620 manat olmaqla, ümumilikdə, 82 min 955 manat vəsait xərclənib.

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev təqdim edilən avadanlıqların tədqiqat işlərinin həcminin artırılmasında, yeni layihələrin reallaşdırılmasında mühüm rol oynayacağını qeyd edib, elmin inkişafına göstərilən qayğıya görə alim həmkarları adından dövlətimizə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları yeni avadanlıqlarla əyani tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib