Yaxın Şərqdəki erməni diasporu ilə bağlı məruzə hazırlanır
Bakı, 19 dekabr, AZƏRTAC
Hazırda Yaxın Şərqdəki erməni diasporu ilə bağlı məruzə hazırlayırıq. Məruzəni gələn ilin fevralınadək başa çatdırmağı planlaşdırırıq.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
Fərid Şəfiyev bildirib ki, mərkəz belə araşdırma məruzələrini xarici beyin mərkəzləri ilə birlikdə hazırlayır.
“44 günlük Vətən müharibəsi, Azərbaycanın mədəni irsinin dağıdılması, abidələrimizin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı dolğun araşdırmalarımız var. Tədqiqatlarımızın istiqamətlərindən biri də erməni diasporu ilə bağlıdır. Bizim Fransa, Argentina və Rusiyadakı erməni diasporu ilə bağlı araşdırma məruzələrimiz artıq ictimaiyyətə təqdim olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin öz işini ölkə gündəmindəki məsələlərə uyğun olaraq qurduğunu diqqətə çatdıran BMTM-in İdarə Heyətinin sədri vurğulayıb ki, xarici ölkələrdəki beyin mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verilir. “Biz birgə məruzələr hazırlayır, araşdırmalar aparır, müvafiq tədbirlərdə iştirak edirik. Fəaliyyətimizin əsas istiqamətlərindən biri də xarici ekspertlərlə işləmək, təcrübə mübadiləsi aparmaqdır”, - deyə Fərid Şəfiyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]