MƏDƏNİYYƏT
YAZIÇILAR BİRLİYİNDƏ XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra birliyin katibi, xalq şairi Fikrət Qoca yığıncağı açaraq erməni millətçilərinin Xocalıda törətdikləri vəhşilikləri daşnakların türklərə qarşı törətdiyi yeni terror, soyqırım faktı kimi qiymətləndirmişdir. O, bildirmişdir ki, erməni qanından başqa hər şeyini dəyişə bilər. Terrorçuluq, naxələflik, namərdlik isə onların qanındadır.
Xocalı faciəsini XX əsrdə azərbaycanlılara qarşı törədilmiş qanlı və cinayətkar hadisələrin ən ağırı sayan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar demişdir ki, Xocalı faciəsi törədiləndə yazıçılar da bu hadisəyə öz kəskin münasibətlərini bildirmişlər. O zaman Yazıçılar İttifaqı dünya dövlətlərinə bəyanat qəbul etmişdi və bu bəyanat “İzvestiya” qəzetində dərc olunmuşdu. Sonralar həmin sənəd bir sıra xarici ölkələrin mətbuatında da verilmişdi.
Natiq başımıza gətirilənləri zaman-zaman xatırlamaq üçün Dağüstü parkda faciə qurbanlarına həsr edilən Muzeyin yaradılmasını da vacib saymışdır.
Şairlərdən Ədalət Əsgəroğlu, İlham Qəhrəman, Sima Şirvanlı, Sədi Fətəlizadə, Mürvət Qədimoğlu Xocalı faciəsi ilə bağlı şerlərini oxumuşlar.