“Yedinaya Rossiya” Partiyası xüsusi hərbi əməliyyatın əleyhdarlarını sıralarından çıxarır
Moskva, 10 yanvar, AZƏRTAC
Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyası Ukraynada xüsusi hərbi əməliyyatın əleyhdarlarını sıralarından çıxarır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Vedomosti” nəşri yazır.
Hakim partiyadakı mənbə qəzetə bildirib ki, “Yedinaya Rossiya”nın 25 milyon üzvündən hazırda 13 milyon nəfər qalıb. Xüsusi hərbi əməliyyatın keçirilməsi ilə razı olmayanlar sosial şəbəkələrdə süni intellekt və xüsusi alqoritmlə müəyyən edilir.
Bu cür “təmizləmə” tədbirləri 2023-cü ildə iri regional kampaniyaların, 2024-cü ildə isə prezident seçkilərinin keçiriləcəyi ilə bağlıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]