Yəmən husilərinin gəmiyə hücumu nəticəsində yaralanan heyət üzvü ölüb
Qahirə, 7 oktyabr, AZƏRTAC
Ədən körfəzi yaxınlığında ötən həftə Yəmən husilərinin hücumuna məruz qalmış yük gəmisinin heyət üzvlərindən biri aldığı yaralardan ölüb.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Niderland şirkətinə məxsus gəmi Ədən körfəzi yaxınlığında beynəlxalq sularda üzərkən mina partlaması nəticəsində zərər görüb və göyərtədə yanğın baş verib. Gəmi heyətinin Rusiya, Ukrayna, Filippin və Şri-Lankadan olan 19 üzvü helikopterin köməyi ilə təxliyə edilib. Bildirilir ki, yaralanan heyət üzvlərindən biri Cibutidə müalicəsini davam etdirir.
Husilər hücumun məsuliyyətini öz üzərlərinə götürüblər. Qruplaşma Qırmızı dənizdə üzən gəmilərə hücumlarına 2023-cü ildə başlayıb. Hücumların Qəzzada gedən müharibədə fələstinlilərə kömək məqsədilə etdiyi bildirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]