“YENİ ADLAR” FONDU İSTEDADLARI AŞKARA ÇIXARIR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Rusiyanın “Yeni adlar” Regionlararası İctimai Xeyriyyə Fondunun nümayəndələri Bakıda olmuşlar.
Bakı Şəhər Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, fondun üzvləri Fəxri xiyabana gedərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmişlər. Fondun prezidenti, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi İvetta Voronova, Moskva Dövlət Konservatoriyasının (MDK) professorları Naum Ştarkman və Vladimir İvanov, fondun vitse-prezidenti Eduard Barzov Bakının 2 nömrəli uşaq musiqi məktəbində şagirdləri dinləmişlər. Qaliblərə fondun diplomları və 1000 rubl pul mükafatı verilmişdir. Bu münasibətlə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mükafatların təqdimetmə mərasimi və konsert olmuşdur. Xeyriyyə Fondunun təqaüdçüləri olan uşaqlar və Bakı məktəbliləri Bax, List, Raxmaninov, Qara Qarayev, Tofiq Quliyev və Polad Bülbüloğlunun əsərlərini ifa etmişlər.
Baxış-müsabiqədə qalib gəlmiş 13 nəfər istedadlı ifaçı Moskva Dövlət Konservatoriyası professorlarının ustad dərslərinə dəvət edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]