Azərbaycan Dövlət İnformasiya Agentliyi

YENI İNTELLEKTUAL MƏKANA DOĞRU

Biz tez-tez vurğulayırıq ki, müasir dünya intensiv şəkildə dəyişir. Artıq bu barədə təkcə siyasətçilər, yaxud qlobal maliyyə böhranının nəticələri ilə mübarizə aparan ekspertlər deyil, adi insanlar da danışır.

Tamamilə aydındır ki, XXI əsrin əvvəli planetimizin milyardlarla sakininin yaddaşında geosiyasi və geoiqtisadi xarakterli mühüm dəyişikliklər dövrü kimi qalacaqdır. Dünya siyasətinin strukturu ənənəvi qarşılıqlı ünsiyyət və qarşılıqlı anlaşma metodlarının transformasiyasına məruz qalır. Bu gün müşahidə etdiyimiz prosesləri cəmi 2-3 il bundan əvvəl təsəvvürə gətirmək çətin idi. Diplomatik fəallıq və intensiv demarşlar təkcə bir regionda, məsələn, Cənubi Qafqazda vəziyyəti dəyişmir, bütövlükdə qlobal gündəliyi modifikasiya edir.

Beynəlxalq münasibətlərin forması dəyişdikcə onun tərkib hissələri də dəyişir. Müasir maliyyə böhranının əsas səbəbi olmuş Bretton-Vud beynəlxalq monetar sisteminin yaradılması keçən əsrin ikinci yarısında dövlətin və cəmiyyətin inkişaf vektorunun elmi tərkib hissəsini gücləndirmək zərurətinə gətirib çıxarmışdır. Sənaye cəmiyyətinin postmodern cəmiyyəti ilə əvəz edilməsi “biliklərə əsaslanan cəmiyyət” ideyasını tezliklə dövlətin və cəmiyyətin daxilində qarşılıqlı təsirin prioritet amilinə çevirmişdir. Səmərəli inkişaf, intensiv iqtisadi artım, “möcüzə” modelləri və düz xətt boyunca hərəkət trayektoriyasını kökündən dəyişən “ağ yaxalıqlı”ların uğurları - bütün bunlar yalnız intellekt və elmi yanaşma sayəsində mümkün olmuşdur. “Asiya pələngləri”, modernləşmənin Çin və Argentina modelləri, “yapon ruhu”, qərbləşmə ilə modernləşmə arasında qarşıdurma, sivilizasiyaların münaqişəsi və finalda liberalizmin qalib gəldiyi “tarixin başa çatması”, elmi cəhətdən əsaslandırılmış bir sıra başqa nəzəriyyələr qlobal tarixi dönüş və dövlətlərin inkişafı üçün zəruri intellektual meydan yaratmışdır.

Öncə fikir...

Qədim Yunanıstandan başlamış Fransada Rişelye dövrünə qədər bəşəriyyətin inkişafının bütün mərhələlərində mütərəqqi dövlət xadimləri ölkənin inkişaf modellərinin reallaşdırılmasında həmişə intellektual resurslardan istifadə etməyə çalışmışlar. Məsələn, Abbasilər sülaləsinin xəlifələri Bizansdan töycü kimi pul deyil, elmin ayrı-ayrı sahələrinə aid qiymətli əlyazmalar alırdılar. Bir neçə xəlifənin hakimiyyəti dövründə formalaşmış “Müdriklik evi” müasir elmlər akademiyasının rolunu yerinə yetirir, orada dövrün ən parlaq zəkaları çalışırdı.

Keçən əsrin əvvəlindən etibarən dövlətin daxili və xarici strukturunun müəyyən edilməsində təfəkkür fabrikləri öncül rol oynamağa başlamışdır. Belə fabriklərin ilk cücərtiləri 1916-cı və 1919-cu illərdə siyasi tövsiyələr və proqramlar üzərində işləyən akademiya və universitet laboratoriyaları şəklində fəaliyyət göstərirdi. Bu qəbildən ilk strukturlar Brukinq Universiteti və Stenford Universiteti yanında Quver İnstitutu olmuşdur. Bu gün dünyanın 170 ölkəsində 6 minə yaxın “beyin mərkəzi” vardır.

İntellektual element hər bir cəmiyyətdə fərdi xarakter daşıyır və yalnız ayrı-ayrı vahidləri keyfiyyətli idarəetmə sistemi şəklində qruplaşdırmağı bacaran dövlətlər həmin elementdən uğurla istifadə edirlər. Bu sistem müxtəlif təhdidlərə ani şəkildə müvafiq münasibət bildirməyə, eləcə də informasiya mübarizəsində preventiv tədbirlər təklif etməyə imkan verir.

Prezident İlham Əliyev diplomatların və ekspertlərin qarşısında duran vəzifələri ifadə edərək hücumçu xarici siyasəti müəyyən etmişdir. Məsələyə bu cür yanaşmaq özünün bütün parametrlərinə görə Azərbaycanın mənafelərinin səmərəli və hərtərəfli lobbiləşdirilməsini, xarici iqtisadi və xarici siyasi doktrinanın əsas vektorlarının dünya ictimaiyyətinə çatdırılmasını, regional və qlobal layihələrə fəal cəlb olunmağı, eləcə də intellektual cəbhədə geniş hücum strategiyasını təmin etməlidir. Prezidentin ifadə etdiyi prioritet bir faktı aydın göstərir ki, bəzən ənənəvi diplomatiya lazımınca səmərəli olmadıqda fəal intellektual mübadilə, dövlətin və cəmiyyətin perspektivlərinə yeni elmi yanaşma qarşılıqlı münasibətlərin və qarşılıqlı tamamlamanın yeni formasına çevrilir.

Ənənələrdən innovasiyalara doğru

Sözsüz ki, XXI əsr diplomatiyası artıq yalnız ənənəvi danışıqlar və beynəlxalq konfranslar demək deyil, hərçənd onlar, əlbəttə, arxaizmlərə çevrilməmişlər. Bu gün facebook, twitter, youtube və bir sıra başqa sosial şəbəkələr elə ideyaları səmərəli və məqsədyönlü şəkildə reallaşdırırlar ki, keçən əsrdə bu ideyalar yalnız siyasi institut olan dövlətin qüvvəsi ilə həyata keçirilə bilərdi. İnternet təkcə qlobal ilkin mənbə deyil, o, həm də yeni norma və stereotiplərin bərqərar olması üçün mühüm elementə çevrilmişdir. Üçüncü minilliyin diplomatiyası təfəkkürün və şüur formasının dəyişməsi, tədricən virtual həmfikirlər məkanı yaradılması deməkdir.

Müasir diplomatiya formalarının dəyişməsi milli ekspertlər birliyinin güclənməsi və fəallaşması zərurətini aktuallaşdırır. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, Cənubi Qafqazda proseslərin intensiv şəkildə bir-birini əvəz etməsi, qlobal səviyyədə enerji təhlükəsizliyi probleminin daim müzakirə edilməsi şəraitində ekspertlər birliyinin rolu formalaşmaqda olan gündəliyin mühüm elementi kimi təzahür edir. Bəzən cari daxili və xarici siyasi konsepsiyanın bəzi məsələlərinin daha dəqiq müəyyən edilməsi ekspertlərlə zəruri və aktual diskussiyalardan asılı olur. Bu halda araşdırma mərkəzləri ekspertlərinin vəzifəsi əldə edilmiş uğurların bayağı konstatasiyasından və ya dünyanın özü kimi qədim olan mövzuya dair mühakimələrdən ibarət deyildir. İntellektual diskussiyaların prioriteti regional və qlobal miqyaslı transformasiyaların səbəb və nəticələrinin təhlilində akkumulyasiya edilməlidir. Hakimiyyət və bütövlükdə cəmiyyət Azərbaycan ali məktəblərinin müvafiq kafedra və fakültələrindən xüsusi fəallıq, səmərəli və keyfiyyətli tədqiqatlar gözləyir. Ekspertlərin qarşısında Prezident İlham Əliyevin xarici və daxili siyasətinin çoxprofilli təhlili, regional və qlobal dünya nizamı məsələlərinin müzakirə edilməsi, habelə Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti üçün yeni təhlükə və təhdidlərin üzə çıxarılması vəzifəsi durur. Beləliklə, beyin mərkəzləri təhsil sisteminin elmi şəkildə modernləşdirilməsində daim iştirak edə biləcək, əvəzində isə müasir elmin inkişafının tələbləri üzrə hazırlanmış kadrlar qazanacaqlar.

“Beyin mərkəzləri diplomatiyası”

Aydındır ki, yeni intellektual məkana doğru addımlarımızı intensivləşdirmək, ekspert qruplarını səfərbər etmək və “Beyin mərkəzləri diplomatiyası”nı həyata keçirməyə başlamaq artıq zərurətdir. Beləliklə, yaxın perspektivdə müxtəlif ölkələrin ekspert birlikləri müasir təhlükəsizlik arxitekturası, yeni regional qayda məsələlərinin birgə müzakirələrini intensivləşdirmək, yeni kommunikasiya dəhlizlərinin və etnik-siyasi münaqişələrin həlli yollarının gələcəyi barədə təsəvvürləri ifadə etmək, həmçinin aktual geosiyasi və geoiqtisadi layihələrin ümumən reallaşdırılması imkanlarını müəyyən edəcəklər.

Bu cür təkliflər bu yaxınlarda Moskvada keçirilmiş “Cənubi Qafqazın sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər” mövzusunda konfransda artıq səslənmişdir. Rusiya və Azərbaycan politoloqları ümdə problemləri müzakirə etmək və aktual tədqiqatlara başlamaq məqsədi ilə ekspert məkanlarının birləşməsinə tərəfdar olduqlarını bildirmişlər.

Lakin “Beyin mərkəzləri diplomatiyası” dedikdə nə nəzərdə tutulur?

Bu gün tədqiqat və təhlil mərkəzlərinin yeri dövlət siyasətinin formalaşmasında onların aparıcı rolu ilə müəyyən edilmişdir. Bunu nəzərə alaraq XXI əsr diplomatiyasının - “Beyin mərkəzləri diplomatiyası”nın tərkib hissəsinin üç əsas aspektini qeyd etmək lazımdır.

Əvvələn, Azərbaycanın nəinki regional, həm də qlobal aspektdə güclənməkdə olan iqtisadi və siyasi çəkisini nəzərə almaqla müasir dövrün bir sıra aktual məsələləri barədə milli mövqeyi müxtəlif ölkələrin elmi dairələrinə düzgün və əsaslandırılmış şəkildə çatdırmaq vacibdir.

İkincisi, ekspertlərin, analitiklərin, o cümlədən müxtəlif ölkələrin politoloq, iqtisadçı və sosioloqlarının ümumi və müştərək təşəbbüsləri vasitəsilə regional problemlərin daha yaxşı dərk edilməsinə nail olmaq və qlobal miqyaslı əsas təhdidləri aşkar etmək mümkündür. Elmi və intellektual mübadilə tədricən Azərbaycanın simasına çevrilməkdədir. Azərbaycanın başqaları ilə bölüşməyə və onlara nümayiş etdirməyə layiq dəyərləri və nailiyyətləri çoxdur. Azərbaycan öz fəaliyyətini bu çərçivədə daha da gücləndirəcəkdir.

Üçüncüsü, ekspert birliyinin və intellektualların açıq diskussiyaların sayəsində hər bir ölkənin modernləşməsi hakimiyyət-cəmiyyət qarşılıqlı münasibətlərinin yeni səviyyəsinə keçir. Bu gün dövlət hadisələri öyrənmək və konstatasiya etməklə deyil, onları təhlil etmək və proqnozlaşdırmaqla məşğul olan ekspert birliyinin mövcud olmasında maraqlıdır. İntellektin genişliyi və fikrin gücü hadisələri öncədən görmək qabiliyyətində və onları modelləşdirmək imkanındadır.

Dəyişikliklər dövrü

Biz geosiyasətin xeyli dərəcədə geoiqtisadiyyat olduğu kardinal dəyişikliklər dövründə yaşayırıq. Bu, bizim geosiyasi dəyişikliklərə və tektonik sürüşmələrə daim hazır olmağımızı tələb edir. Bu halda “Biliklərə əsaslanan cəmiyyət”in bünövrəsini formalaşdıran intellekt qlobal siyasətin mühüm aspektidir. Bu gün biz belə bir cəmiyyətin bünövrəsini yaratmaqla perspektivdə davamlı inkişafı və səmərəli dövlətçiliyi təmin edirik.

Hadisələrin istənilən, hətta müsbət gedişatında da unutmaq olmaz ki, tarix təkrarlanır, lakin siyasətin məqsədi və ruhu dəyişmir. Məqsədlərə nail olmağın vasitələri təkmilləşdirilir, strateji planlar daha mürəkkəb xarakter kəsb edir. Buna görə də Ziqmund Freydin nə vaxtsa dediyi bir fikirlə razılaşmamaq çətindir: “Müasir sivilizasiyanın əsl yaradıcısı onunla razılaşmayan insana daş atmaq əvəzinə söyüş yağdıran ilk insan olmuşdur”. XXI əsr daş atmaq əvəzinə sülh və sabitliyi bərqərar etməyə qabil olan sanballı dəlillər gətirmək imkanlarını genişləndirir.

Elnur Aslanov

Azərbaycan Prezidenti Administrasiyasının

siyasi təhlil və informasiya təminatı

şöbəsinin müdiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib