YENİ QAZPAYLAYICI KOMPLEKS İSTİFADƏYƏ VERİLƏCƏKDİR
“Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft-Qazçıxarma İdarəsinin “Hövsan” və “Zığ” yataqlarında yeni qazpaylayıcı kompleksin tikintisi başa çatdırılmışdır. Yaxın günlərdə avtomatik idarəetmə sistemi ilə təmin olunan batareyaların quraşdırılmasına başlanacaq və kompleks tezliklə istifadəyə veriləcəkdir.
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda iki yataqda 26 neft quyusu qazlift üsulu ilə istismar olunur, yəni sutkada 330 ton neft laylardan qazın köməyi ilə çıxarılır. Uzun illər istismarda olan qazpaylayıcı avadanlıq isə həm fiziki, həm də mənəvi cəhətdən tələbatı ödəyə bilmir. Yeni kompleks isə quyuların normal işləməsini tam təmin edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]