YENİ VAQONLARDA SƏRNİŞİNLƏRİN TƏHLÜKƏSİZLİYİ TƏMİN OLUNMUŞDUR
Bakı metropoliteninin xətlərinə buraxılan yeni vaqonlar təhlükəsizlik tələblərinə tam cavab verir. Metropoliten İdarəsinin rəisi Tağı Əhmədov müxbirimizə bildirmişdir ki, bu vaqonlarda yanğın təhlükəsizliyi məqsədilə bir çox yeniliklər edilmişdir. Vaqonlar arasındakı qapıların qıfılları bundan sonra bağlanmayacaqdır. Zərurət yarandıqda sərnişinlər bir vaqondan başqasına keçə biləcəklər. Döşəmələr yanmayan materiallarla örtülmüşdür. Bundan əlavə, elektrik mühərriklərindəki qızma normanı keçən kimi lokomotivlərin altındakı yanğınsöndürən cihaz avtomatik olaraq işə düşəcək və baş verə biləcək təhlükəni sovuşduracaqdır. Xatırladaq ki, Moskvadakı “Metrovaqonmaş” Qapalı Səhmdar Cəmiyyətinin müəssisələrində hazırlanan vaqonlarda tətbiq edilən yeniliklərin bir çoxu Bakı metropoliteni mütəxəssislərinin səmərələşdirmə təklifləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]