YENİ YÜKSƏK TƏZYİQLİ QAZ KƏMƏRİ ÇƏKİLİR
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, “Süleyman Vəzirov” borudüzən gəmisi “Günəşli” yatağındakı qaz hasilatı platformalarını “Neft Daşları”ndakı iriləşdirilmiş separatar qurğusu ilə birləşdirəcək yüksək təzyiqli qaz kəmərinin çəkilişinə başlamışdır.
Ümumi uzunluğu 22 kilometr olan kəmərin 8,5 kilometrini yeni çəkiləcək xətt təşkil edir. Kəmər sutkada 2 milyon kubmetr qaz ötürmə gücünə malikdir.
“Xəzərdənizneftqaztikinti” Trestinin kollektivi kəmərin tikintisini bir aya başa çatdırmaq niyyətindədirlər. Kəmər tam gücü ilə işə düşdükdən sonra sutkada əlavə 1 milyon kubmetr qaz nəql etmək mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
- 15.10.2026 [11:44]