Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yenidoğulmuşların skrininqi patoloji xəstəlik və sindromların aşkar edilməsinə xidmət edir

Yenidoğulmuşların skrininqi patoloji xəstəlik və sindromların aşkar edilməsinə xidmət edir

Bakı, 27 may, Əziz Məmmədov, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Nadir rast gəlinən irsi metabolik, endokrin və genetik xəstəliklərin aşkarlanması üçün yenidoğulmuşların skrininqi” mövzusunda beş gün davam edən seminar keçirilib. Seminarda iştirak etmək üçün Avropa Birliyinin TAİEX proqramının ekspertləri - Finlandiyadan Risto Lapatto və İtaliyadan Domenica Taruscio dəvət olunublar.

Ekspertlərdən biri - Risto Lapatto AZƏRTAC-ın müxbirinə müsahibə verib.

- "Yenidoğulmuşların skrininqi" adı altında nə başa düşülür və onun əhəmiyyəti nədən ibarətdir?

- Yenidoğulmuşların skrininqi çox vacibdir və dünyanın əksər ölkələrində həyata keçirilir. Skrininq proqramlarının əsas məqsədi və mahiyyəti xəstəliyin aşkarlanması ilə yenidoğulmuşlar arasında müxtəlif dərəcəli əlilliyin və ölümün qarşısını almağa kömək etməkdən ibarətdir. Həmin xəstəlikləri tamamilə aradan qaldırmaq mümkün deyil, çünki pozuntular əsasən genetik səviyyədə olur və yenidoğulmuşların orqanizmində baş verən biokimyəvi proseslərin nə geriyə qaytarmaq, nə də dəyişmək mümkün deyil. Başqa sözlə desək, məqsəd uşaqların doğulduğu patologiya və xəstəliyi aşkarlayıb əlillik və ölümünün qarşısını almaqdır. Səfərimizin əsas məqsədi yenidoğulmuşların skrininq proqramının qurulmasında Azərbaycan həkimlərinə yardım göstərməkdir. Nəzərə almaq lazımdır ki, hər ölkə yenidoğulmuşların skrininqi proqramını başqa dövlətlərin təcrübəsindən bəhrələnərək özünə uyğun şəkildə qurmalıdır və biz də bu sahədə həkimlərə kömək etmək üçün seminara dəvət olunmuşuq.

-Proqramın tətbiqi zamanı hansı məsələlərə daha çox diqqət yetirmək lazımdı?

-Proqramın qurulmasında ən vacib məsələlərdən biri skrininqin mərkəzləşdirilmiş qaydada aparılması, daha doğrusu, mərkəzləşdirilmiş qaydada koordinasiya mexanizminin olmasıdır. Məsələ burasındadır ki, inkişaf etmiş və skrininqin aparıldığı ölkələrdə bu proqram vahid mərkəzdən idarə olunur.

-Həmin proqramın ölkəmizdə tətbiqi üçün hansı addımlar atılmalıdır?

-İSİM-in, o cümlədən Azərbaycanda Səhiyyə Nazirliyinin digər oxşar qurumlarının əsas vəzifəsi təkcə skrininq proqramının tətbiqi və keçirilməsinin deyil, həm də əhalinin bu sahədə məlumatlandırılmasının təşkilidir. Eyni zamanda mütəxəssislərin də bu sahədə bilik və məlumat səviyyəsi artırılmalıdır.

-Skrininq zamanı tətbiq olunan testlərin nəticələri nə dərəcədə dəqiqdir?

- İlk növbədə əhaliyə onu izah etmək lazımdır ki, skrininq proqramının aparılması xəstəliyi aradan qaldırmır, yalnız onun üzə çıxarılmasına xidmət edir, yəni skrininq vasitəsilə uşaqlarda irsi metabolik, endokrin və digər genetik xəstəlik olması erkən dövrdə aşkarlanır. Skrininqin aparılması imkan verir ki, xəstəliyin simptomları inkişaf etməmiş onları müəyyənləşdirmək və lazımi tədbirlər görmək, simptomların inkişaf etməsinin, əlillik və ölüm hallarının baş verməməsinin qarşısını almaq mümkün olsun. Metabolik, endokrin və digər genetik xəstəliklərdə skrininqin özünü göstərməsi bəzən fərqli olur. Məsələn, bəzən skrininq zamanı metabolizmi olan uşaqlarla yanaşı, xəstəliyi olmayan və ya cüzi fərqlənənlərdə müayinənin nəticəsi müsbət göstərir. Belə olanda müayinənin nəticələrinə daha dəqiq əmin olmaq üçün ikinci test aparılmalıdır. Skrininq üçün istifadə olunan laborator testlər o qədər həssasdır ki, bir çox hallarda hətta cüzi dəyişiklikləri də aşkara çıxarır. Test ona görə ikinci dəfə aparılır ki, xəstəlik ya təsdiq, ya da inkar edilsin. Heç də bütün xəstəliklərin aşkar edilməsi üçün ikinci testə zərurət yaranmır.

Skrininq testləri çox az hallarda yanlış olaraq müsbət nəticələr verir, yəni bəzi hallarda xəstəliyi olmayan uşaq xəstəliklə doğulan kimi qeydə alınır. Lakin buna çox nadir hallarda təsadüf edilir. Başqa bir problem ondan ibarətdir ki, vaxtından əvvəl doğulmuş körpələrdə fizioloji və bioloji proseslər fərqli olduğuna görə onlarda təsdiqləyici test bir neçə həftədən sonra yenidən aparılmalıdır, çünki ilkin nəticələrdə yanlışlıq ola bilər.

-Skrininqin aparıldığı əsas xəstəliklər hansılardır?

-Skrininqi aparıldığı xəstəliklər heç də eyni deyil, onun aparıldığı siyahı dəyişə bilər. Əvvəlcədən nəzərə almaq lazımdır ki, həmin proqrama uyğun olaraq bir neçə xəstəliyin skrininqinə başlanılıbsa, bu, heç də o demək deyil ki, həmin xəstəliklərin skrininqi daimi aparılmalıdır. Tibb elmi inkişaf etdikcə müəyyən xəstəliklər skrininq siyahıdından çıxarıla, bəziləri əlavə oluna bilər. Biz Bakıda olduğumuz və həftə ərzində apardığımız müşahidə və müzakirələr əsasında Azərbaycanda yenidoğulmuşların skrininqi proqramını ilk növbədə irsi hipoterioz, qlükoza - 6 fosfat dehidrogenaza fermentin çatışmazlığı və fenilketonuriya xəstəlikləri ilə başlanılmağını təklif edərdik. Pilot layihəsi başa çatandan sonra təcrübə qazanıldıqca həmin siyahıya yeni xəstəliklər əlavə edilə bilər. Zaman keçdikcə prosesdə bilik və təcrübə artandan, proses təkmilləşəndən sonra müəyyən xəstəliklər, irsi adrenal hiperplaziya və ya adrenogenital sindromunu da həmin siyahıya əlavə etmək olar.

Sonrakı proseslərdə inkişaf etmiş ölkələrdə olduğu kimi tandem mass spectrometriyası metodundan istifadə etməklə onlarla xəstəliyin birdəfəyə testini aparmaq olar. Əlbəttə ki, bu, gələcəyin işidir və indiki halda ən zəruri üç-dörd xəstəliyin skriniqinə başlamaq çox əhəmiyyətlidir.

-Müşahidələrinizə əsasən, ölkəmizdə skrininqin tətbiqini necə dəyərləndirirsiz?

- Finlandiyanın təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, bizim ölkədə yenidoğulmuşların skrininq proqramı böyük məqsədlərə xidmət edir. Skrininq yalnız araşdırma və təhlillər aparılaraq xəstəliklərin üzə çıxarılması ilə yekunlaşmır, əsas məsələ həmin körpələrin uzun müddət nəzarətdə saxlanılması, onların sağlamlığının izlənilmə mexanizmi və bu sahədə digər xidmətlərin qurulmasıdır. Sizin ölkədə də yenidoğulmuşların skrininqi sahəsində uğurlu nəticələr qazanılacağına böyük ümid bəsləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb