Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında mübarizə aparırlar
Bakı, 8 fevral, AZƏRTAC
Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında 11-ci Avropa çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət milli komandamız qitə çempionatında mübarizəyə başlayıb.
Fevralın 8-də bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrin yarışında oğlanların (52 kq, 57 kq, 63kq, 70 kq və +70 kq), eləcə də qızların (47 kq, 54 kq və +54 kq) yarışlarında qaliblər müəyyənləşəcək.
Əlli bir ölkədən 1092 idmançının iştirak etdiyi qitə çempionatına fevralın 10-da yekun vurulacaq.