Yevgeni Priqojin Belarus Prezidentinin təklifini qəbul edib
Moskva, 24 iyun, AZƏRTAC
“Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə A.Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Belarus Prezidentinin Y.Priqojin ilə danışıqları gün ərzində davam edib. “Nəticədə Rusiya ərazisində qanlı qırğının baş verməsi yolverilməz sayılıb”, - deyə bildirilir.
Y.Priqojin “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətinin dayandırılması və gərginliyin aradan qaldılmasına dair gələcək addımların atılması təklifi ilə razılaşıb.
“Hazırda masa üzərində vəziyyətin nizamlanmasının tam sərfəli, “Vaqner” şirkətinin döyüşçülərinin təhlükəsizliyinə təminat verən variant var”, - deyə bildirilib.
Y.Priqojin dəstələrini geri çevirərək yenidən öz düşərgələrinə qaytardığını deyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]