Yol polisi sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı tövsiyə edib
Bakı, 27 fevral, AZƏRTAC
Ötən gündən başlayaraq yağan qar paytaxtın küçə və prospektlərində, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında yenidən bir sıra çətinliklər yaradıb. Hazırda intensiv yağan qarın axşama doğru donması proqnozlaşdırılır ki, bu da yollarda avtomobillərin sürüşmə ehtimalını dəfələrlə artırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan təhlükələri nəzərə alaraq, bir daha sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
“Avtomobil yoluna çıxan piyadalardan isə özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamaq, qarlı, buzlu yolda sürücülərə əlavə çətinliklər yaratmamaq, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etmək tələb olunur”, - deyə məlumatda bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]