“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
Bakı, 29 iyul, AZƏRTAC
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya – “PreA1 Starters”, “A1 Movers” və “A2 Flyers” üzrə keçiriləcək.
İmtahan sentyabrın 28-də keçiriləcək. Qeydiyyat avqustun 14-dək aparılır.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında “LinguaSkill” imtahanlarını təşkil edir.
İmtahana qeydiyyat üçün DİM-in saytında müvafiq linkə daxil olmaq lazımdır.
Ətraflı məlumat üçün [email protected] ünvanına yazmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]