“YUG” TEATRI İSVEÇRƏDƏ KEÇİRİLƏCƏK FESTİVALDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, gələn ilin payızında İsveçrədə beynəlxalq teatr festivalı keçiriləcəkdir. Bu sənət bayramında Azərbaycanı “Yug” teatrının kollektivi təmsil edəcəkdir.
Teatrın direktoru Vaqif İbrahimoğlu bildirmişdir ki, kollektiv İsveçrə festivalında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin motivləri əsasında səhnələşdirdiyi “Mən Məhəmməd Füzuliyəm” tamaşası ilə iştirak etmək niyyətindədir. Artıq teatr beynəlxalq festivala hazırlıq tədbirlərinə başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]