“Yuğ” teatrı yeni mövsümdə dörd tamaşa hazırlayacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrında məzuniyyətdən sonra kollektivlə ilk görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Mikayıl Mikayılov planlar və hazırlanması nəzərdə tutulan yeni tamaşalar haqda məlumat veriblər.
Qeyd edilib ki, sözügedən yaradıcılıq işləri Florian Zellerin "Ata" (quruluşçu rejissor Tural Mustafayev), Toyqun Orbayın "21:15 qatarı" (quruluşçu rejissor Mikayıl Mikayılov), Koki Mitaninin "Gülüş Akademiyası" (quruluşçu rejissor Gümrah Ömər) və İlqmar Vilkvistin "Qelverin gecəsi" (quruluşçu rejissor Linas Zaikauskas) əsərləri əsasında hazırlanacaq tamaşalardır. Həmçinin bu il teatrın iştirak edəcəyi Beynəlxalq Teatr Festivalları, qastrol səfərləri haqda söhbətlər edilib.
Sonda İslam Həsənov və Mikayıl Mikayılov yeni teatr mövsümünün açılışı ilə bağlı kollektivi təbrik edib və uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]
Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]