Yüksək Liqa təmsilçiləri yoxlama oyununda güclərini sınayıblar
Bakı, 10 sentyabr, AZƏRTAC
Futzal üzrə ölkə çempionu “Araz-Naxçıvan” Azərbaycan kuboku yarışının sonuncu qalibi “Neftçi” ilə yoxlama oyunu keçirib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 6:0.
“Araz-Naxçıvan”ın heyətində qolları Fərid Ələkbərov, Andreu, Xəzər Ağalızadə, Vitao, Oktay Rüstəmli və Felipinyo vurublar. “Neftçi” 2 dəfə 10 metrlik zərbə vurmaq hüququ qazansa da, Rüfət Balakişiyev və Əjdər Əjdərov fərqlənə bilməyiblər.